"Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”. Bunu Azәrbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.
İclasda iştirak edən dövlətlərlə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan dövlət başçısı bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinə dünyanın aparıcı maliyyə təsisatları öz töhfələrini verir. O vurğulayıb ki, irimiqyaslı layihələrin reallaşdırılması güclü və effektiv komandanın yaradıldığını nümayiş etdirir və beynəlxalq əməkdaşlığı daha da artırır. "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının yaradılmasında məqsəd səylərimizi əlaqələndirməkdir” deyən prezident bildirib ki, bu layihənin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir.
Dövlət başçısı bu layihənin icrasının enerji ehtiyatlarının istifadəsinə, insan kapitalına və infrastrukturun yaradılmasına uzunmüddətli töhfə verdiyini diqqətə çatdırıb. O, layihə ilə bağlı indiyə qədər görülən işlərdən danışarkən vurğulayıb ki, artıq işlər həlledici mərhələyə daxil olub və 2017-ci il layihənin icrasında mühüm il olub.
Bu layihənin iqtisadi inkişafa, regional əməkdaşlığa töhfə verdiyini deyən dövlət başçısı onun enerji ehtiyatlarının daşınması ilə bağlı layihələrə də güclü dəstək verdiyini diqqətə çatdırıb. “Cənub Qaz Dəhlizi” layihəsinin vacib seqmenti olan TANAP boru kəmərinin inşasına dair İstanbulda imzalanan sazişin əhəmiyyətindən danışan prezident bu layihənin iqtisadi faydasının bütün iştirakçı dövlətlər üçün əhəmiyyətli olduğunu qeyd edib.
Baxış sayı: 1 711
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

