“Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə Azərbaycanla Ermənistan arsında irimiqyaslı hərbi münaqişəyə keçə bilər”. Fact-info.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Koats tərəfindən dərc edilən “Təhdidlərin ümumdünya dəyərləndirməsi” adlı ənənəvi illik məruzədə bildirilir.
Sənəddə 2018-ci il ərzində ABŞ üçün yarana biləcək milli təhlükəsizlik təhdidləri nəzərdən keçirilir. Məruzənin Qarabağa həsr edilmiş hissəsində göstərilir ki, tərəflərin “kompromislərə getmək arzusunun olmaması”, kənardan təzyiqlər, Azərbaycanın həyata keçirdiyi stabil hərbi modernləşmə, Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər. Məruzəyə əsasən Kreml keçmiş sovet respublikalarının ərazisində öz təsir imkanlarını daha da genişləndirəcək. Bu məqsədlə “aqressiv və opportunist xarici siyasət” yürüdüləcək. ABŞ Milli Kəşfiyyatı Gürcüstanın da vəziyyətinin mürəkkəb olaraq qaldığını, bunun mənbəyinin Rusiyanın Tiflisin Qərbə inteqrasiyasını əngəlləmək səyləri olduğunu bildirir.
Baxış sayı: 1 716
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

