ATƏT-in fəaliyyətdə olan sədri, İtaliya XİN-in başçısı Ancelino Alfanonun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu yeganə mümkün format deyil.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Alfano bu fikri rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib.
İtaliyanın xarici işlər naziri deyib: “ATƏT-in Minsk qrupunun gördüyü işə dəstək veririk. Bununla yanaşı, biz düşünmürük ki, bu, yeganə mümkün variantdır, düşünürük ki, bizim mövqeyimiz ATƏT-in əvvəlki sədrinin siyasətini davam etdirir. Hesab edirik ki, bu, ədalətlidir”.
Bundan başqa, Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT müşahidəçilərinin sayının artırılmasını şərh edən Alfano qeyd edib ki, təşkilat tərəfindən bu cür dəstək faydalı ola bilər. “Hesab edirik ki, istənilən formada təşkilati dəstək qarşıya qoyulan məqsədə çatmaq üçün son dərəcə faydalı olacaq. Buna əsaslanaraq hesab edirik ki, söhbət yetərincə pozitiv addımdan gedir”, - deyə italiyalı nazir bildirib.
Baxış sayı: 1 835
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

