“Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası bu il başa çatıb. Dövlət proqramının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib”.
Məlumata görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib. Dövlət başçısı bildirib ki, bu proqramların həyata keçirilməsi regionların inkişafında dönüş yaradıb: “2003-cü ildən Azərbaycan böyük uğurlara imza atıb. Ölkəmizdə hərtərəfli inkişaf təmin olunub. Ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda sabitlik təmin edilib, bunun da mənbəyində xalqın iradəsi, xalq-iqtidar birliyi durur. Ölkəmiz təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf edir, inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir”. (apa)
Baxış sayı: 1 709
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

