FACT-INFO.AZ » SİYASƏT » Səməd Seyidov: “Serj Sarkisyan bu suallar qarşısında aciz qaldı”
29-01-2018, 18:55 | SİYASƏT
Səməd Seyidov: “Serj Sarkisyan bu suallar qarşısında aciz qaldı”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası Azərbaycan xarici siyasəti baxımından səmərəli keçdi. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. AŞ PA-nın bu dəfəki sessiyasında seçkilərin keçirildiyini diqqətə çatdıran S.Seyidov bildirib ki, bu dəfə də Azərbaycana etimad göstərildi və nümayəndə heyətimizin üzvləri AŞ PA-da mühüm vəzifələrə seçildi: “Bu, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”.

S. Seyidov bildirib ki, Azərbaycanın nümayəndə heyətinin üzvləri sessiyada fəal iştirak etdilər, o cümlədən nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyevanın və Vüsal Hüseynovun “Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması” və “Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi” mövzularında məruzələrinin müzakirəsi səmərəli keçdi.

S. Seyidov AŞ PA-nın Münaqişələr üzrə alt komitəsinin yeni tərkibinin müəyyən edilməsinin də ölkəmiz üçün müsbət hal olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, alt komitənin yenidən formalaşdırılması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞ PA-da daha geniş müzakirələrin açılmasına səbəb olacaq ki, bu da Azərbaycan üçün çox müsbət bir haldır. Ermənistan prezidenti Serj Sarkisyanın AŞ PA-dakı çıxışına toxunan S.Seyidov vurğulayıb ki, S.Sarkisyan yenə də dünya ictimaiyyətini aldatmağa çalışdı: “Yenə də Sarkisyan öz üzünü göstərdi və yalan məlumatlar çatdırmaqla dünya ictimaiyyətini aldatmağa çalışdı, ancaq ona lazımi cavab verdim və Xocalı soyqırımı, Ermənistanın beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı qətnamələrini yerinə yetirmədiyini onun diqqətinə çatdırdım və əlbəttə ki, Serj Sarkisyan bu suallar qarşısında aciz qaldı”.

S. Seyidov həmçinin Azərbaycan nümayəndə heyətinin qardaş Türkiyənin Suriyadakı antiterror əməliyyatlarına dəstək göstərdiyini də diqqətə çatdırıb: “Ümumən bu dəfəki sessiyanı ölkəmiz üçün səmərəli hesab etmək olar”. Qeyd edək ki, AŞ PA-nın qış sessiyası 22-26 yanvarda Fransanın Strasburq şəhərində keçirilib. Sessiyada seçkilər zamanı Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti, Sevinc Fətəliyeva isə qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri seçilib. (trend)




Baxış sayı: 1 653
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031