FACT-INFO.AZ » SİYASƏT » Qənirə Paşayeva AŞPA-da terrorla mübarizənin gücləndirilməsi barədə çağırış edib
25-01-2018, 10:05 | SİYASƏT
Qənirə Paşayeva AŞPA-da terrorla mübarizənin gücləndirilməsi barədə çağırış edib

“Türkiyə YPG və İŞİD tərəfindən həyata keçirilən terror hücumlarından çox əziyyət çəkib” Millət vəkili Qənirə Paşayeva AŞPA-da terrorla mübarizənin gücləndirilməsinin vacibliyindən danışıb və çağırış edib. APA-nın məlumatına görə, bu gün AŞPA-da “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə Azad Demokratlar Qrupu adına Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Q.Paşayeva çıxış edib. Regional və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün terrorizm təhlükəsinin aradan qaldırılması çox vacibdir deyən Q.Paşayeva qurumu terrorla mübarizədə Türkiyədə dəstək göstərməyə çağırıb: “Mən Türkiyədə dəfələrlə olmuşam. Türkiyə-Suriya sərhədində regionlara səfər etmişəm. Mən qaçqın düşərgələrinə baş çəkib, terror təşkilatlarının əlindən birbaşa əziyyət görmüş insanlarla söhbət etmişəm. Bilirəm ki, bu insanlar Avropa Şurasından dəstək gözləyirlər. Avropada insan haqlarının qoruyucusu olaraq AŞPA bu insanlıq faciəsinə diqqət yetirməlidir. Türkiyə Avropa Şurasının təsisçi-üzvü olaraq öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək və terrordan əziyyət çəkmiş mülki vətəndaşların fundamental hüquqlarını qorumaq məqsədilə addımlar atıb”. Millət vəkili qeyd edib ki, bu kontekstdə Türkiyə hərbi qüvvələrinin "Zeytunbudağı" adı altında həyata keçirdiyi əməliyyatlar Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək, regionda terror təhlükəsini neytrallaşdırmaq və bununlada regionda yaşayan mülki vətəndaşları terror hücumlarından və hədələrindən qorumaq məqsədi daşıyır.

“Bundan başqa "Zeytunbudağı" əməliyyatı Türkiyənin beynəlxalq hüquqdan irəli gələn hüquqlarına uyğun başlanılmışdır. Bu kontekstdə BMT-nin terrorizm əleyhinə bir sıra qərarları və BMTKonvensiyasının özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsi Türkiyənin müdaxiləsinə haqq qazandırır. Suriyada PYD/YPG-nin məqsədi İŞİD-ə qarşı mübarizə aparmaq deyil, əraziləri işğal etmək və öz xeyirlərinə demoqrafik vəziyyəti dəyişməklə beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq idi. Türkiyə YPG və İŞİD tərəfindən həyata keçirilən terror hücumlarından çox əziyyət çəkib. Bu terror hücumları çoxlu sayda günahsız insanın ölümünə səbəb olub. Ümid edirəm ki, Türkiyənin həyata keçirdiyi əməliyyat Suriyanın şimalına sülh və sabitlik gətirəcək və regionda yaşayanlar yenidən alçaq terror hücumlarına məruz qalmayacaqlar”, deyə Q.Paşayeva bildirib.




Baxış sayı: 1 687
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031