FACT-INFO.AZ » SİYASƏT » Nur Xolis: Azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıda bilməməsi böyük ədalətsizlikdir
21-10-2015, 12:35 | SİYASƏT
Nur Xolis: Azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıda bilməməsi böyük ədalətsizlikdir

 Görüşdə Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ağır nəticələri, Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyəti haqqında məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırıb. B.Səfərov ermənilərin azərbaycanlılara qarşı tarixən törətdikləri soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacib məsələ olduğunu vurğulayıb.

Qeyd edilib ki, bu gün Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət göstərilir. Bu qəbildən olan insanların problemləri yüksək səviyyədə həll edilir. Lakin bütün məcburi köçkünlərin bir arzusu var - ata-baba torpaqlarına qayıtmaq.

Problemin həlli istiqamətində fəaliyyət göstərməli olan beynəlxalq təşkilatların hələ də ikili standartlarla çıxış etdiklərini deyən B.Səfərov vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır. Biz bu istiqamətdə böyük dövlətlərdən, eləcə də bu məsələ ilə məşğul olan qurumlardan qətiyyətli mövqe gözləyirik.

Nur Xolis deyib ki, Dağlıq Qarabağ və ətraf rayonlardan olan qaçqın və məcburi köçkün insanların hüquqlarının pozulması, onların öz doğma torpaqlarına qayıda bilməməsi böyük ədalətsizlikdir. Münaqişənin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şərtlərdəndir. O, İndoneziya parlamentinin illik hesabatına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd bənd daxil edildiyini diqqətə çatdırıb. Bunların içərisində Xocalı faciəsinin soyqırımı kimi tanınmasının da yer aldığını vurğulayıb.

Görüşdə çıxış edən İctimai Birliyin idarə heyətinin üzvləri Rövşən Rzayev və Elman Məmmədov Ermənistanın təcavüzkar siyasətindən, münaqişənin həlli ilə bağı tutduğu qeyri-konstruktiv mövqedən, Azərbaycan dövlətinin məcburi köçkünlər üçün yaratdığı şəraitdən danışıblar. Onlar problemin həlli istiqamətində beynəlxalq ictimaiyyətin daha qətiyyətli mövqe tutmasının zəruriliyini vurğulayıblar.

Görüşdə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev də iştirak edib.

Həmin gün İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis Xocalı soyqırımının şahidləri ilə görüşüb.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qonağa soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş dəhşətli faciə XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla bərabər, həm də Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş terror siyasətinin tərkib hissəsidir. Beynəlxalq hüququn norma və prinsiplərinə əsla məhəl qoyulmadan həyata keçirilən bu soyqırımı aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönəldilmişdi.

Görüşdə iştirak edən səfir Tamerlan Qarayev deyib ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində İndoneziyada da tədbirlər keçirilib. Bu il Xocalının anım günündə İndoneziyanın 30-dək məscidində “Qarabağın son azanı” səsləndirilib. İnsan haqlarının müdafiəçisi olan Nur Xolisin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazıları dərc olunub. Digər çıxış edənlər Xocalı soyqırımının həm bəşəriyyətə, həm də insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biri olduğunu vurğulayıblar.

Xocalı faciəsinin görüşdə iştirak edən şahidləri başlarına gələn müsibətlərdən, yaşadıqları ağrı-acılardan danışıb, bu qətliamın beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınmasının vacibliyini bildiriblər. Nur Xolis səfərinin yekunu olaraq araşdırdığı və topladığı məlumatlar hesabına XX əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımı ilə bağlı kitab yazacağını bildirib

 

 

 

 

 

 

 

 




Baxış sayı: 2 119
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031