FACT-INFO.AZ » SİYASƏT » “Azərbaycan gəncləri prezidentin bu addımını alqışlayır”
12-01-2018, 09:10 | SİYASƏT
“Azərbaycan gəncləri prezidentin bu addımını alqışlayır”

Ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib.

Bu qərarı alqışlayan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, Azərbaycan Prezidentinin indiyə kimi atdığı hər bir addım ölkəmizin milli mənafeyinə, dövlətimizin maraqlarını qorumaqla perspektivli inkişafa xidmət edib: “Bu hadisə bütövlükdə Azərbaycan cəmiyyəti, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən yüksək rəğbətlə qarşılanıb. Hətta Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə bu hadisə ilə bağlı cənab Prezidentə təşəkkür də edib. Xaricdəki azərbaycanlı ziyalılar dünəndən Prezidentin bu addımına görə ona minnətdarlıq edirlər.

Yəni 2018-ci ilin ölkəmizdə “Cümhuriyyət ili” elan edilməsi tək Azərbaycanın daxilində deyil, bütün dünyada qəbul edilir. Buna görə də hər bir azərbaycanlı cənab Prezidentlə qürur duymalı və onun ətrafında sıx birləşməlidir.

Fuad Muradovun sözlərinə görə, bu qərardan irəli gələn öhdəliklərlə bağlı hər bir Azərbaycan vətəndaşı Prezidentə dəstək olmalıdır:

“Cənab Prezident özü də çıxışında qeyd etdi ki, indiki müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqına məxsusdur. Bu varisliyi dövlətimiz öz üzərinə götürür. Ölkə başçısı son addımı ilə əvvəllər söylədiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini bir daha təsdiqlədi. Hər kəs bunun şahididir ki, İlham Əliyev bütöv azərbaycanlıların, eyni zamanda ölkə hüdudlarından kənarda yaşayan həmyerlilərimizin prezidentidir. Bunu hər bir Azərbaycan vətəndaşı görür və yüksək qiymətləndirir”.

Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu qeyd edən komitə sədri bundan hər bir azərbaycanlının yararlanacağını vurğulayıb: “Şərqdə ilk dəfə olaraq qadınların müstəqil şəkildə seçkilərə qatılması tariximizdə qürurverici hadisə kimi yaddaşlara həkk olunub. Yüzillik tarixin varisi indiki müstəqil Azərbaycandırsa, biz bununla öz dövlətimizi dünya miqyasında təbliğ etmək imkanlarına malik olacağıq. Bu bizim üçün böyük avantajdır və cənab Prezidentin bu addımı bizlərin hər birinə daha düzgün yol göstərmiş oldu. Təsadüfü deyil ki, Ümummilli Lider Heydər Əliyev M.Ə.Rəsulzadə ailəsinə, Azər Rəsulzadəya, Rais Rəsulzadəyə daim diqqət və qayğı göstərib. Bu qayğı və diqqət bu gündə Ümummilli liderin siyasi davamçısı olan cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının ilk Parlamentinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Fransanın paytaxtı Parisin Sen Klu (Saint-Cloud) məzarlığında yerləşən məzarı üstündə qəbirüstü abidə ucaldılıb və tarixi əhəmiyyətə malik sinə daşı ölkəmizə gətirilərək Nizami muzeyinin ekspozisiyasına daxil edilib. Prezident İlham Əliyevin göstərişi ilə əməkdar rəssam Rais Rəsulzadənin 70 illik yubileyi keçirilib, fərdi sərgisi açılıb və kitabı nəşr edilib. Cənab Prezidentin təşəbbüsü ilə daim İstiqlaliyyət qurucuları, onların ailələri ilə münasibət saxlanılıb, sonradan ikinci dünya müharibəsi qəhrəmanı olmuş Mehti Hüseynzadəyə də Sloveniyada Xatirə muzeyi açılıb.

“Cümhuriyyət ili” elan edilməsi dövlətiçiliyimizin daha da inkişaf etdirilməsində, dünya səviyyəsində Azərbaycanın tanınmasında atılan mühüm addımların davamıdır. Azərbaycan gəncləri adından Prezidentin bu addımını alqışladığımızı bildirir və hər zaman dövlətçilik və müstəqilliyimizin qorunub saxlanmasına töhfə verəcəyimizə söz veririk. Bizim borcumuz da tarixin bizə bəxş etdiyi lideri qorumaq və ona ölkəmizin inkişafı naminə gördüyü hər bir işdə dəstək olmaqdır”.




Baxış sayı: 1 601
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031