Müəllifi hazırda bu nüfuzlu media orqanında çalışan azərbaycanlı jurnalist Aysəba Umudlu olan məqalədə Azərbaycandakı dini tolerantlıqdan, burada İslam dininin yayılması tarixindən, ölkəmizin İslam mədəniyyətinin inkişafına töhfələrindən bəhs edilir.
Məqalədə dünyəvi respublika olan Azərbaycanda əhalinin 96 faizini müsəlmanların təşkil etdiyi diqqətə çatdırılır. Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə də azadlığın təmin edildiyi, ölkə Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən və s. asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabər olduğu vurğulanır.
Azərbaycanda milli mənəvi dəyərlərə, dinə dövlət qayğısı barədə söhbət açan müəllif sovet dövründə ölkəmizdə cəmi 18 məscidin olduğunu, müstəqilliyin bərpasından sonra isə məscidlərin sayının 2 mini keçdiyini qeyd edir.(Azadinform)
Baxış sayı: 1 708
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

