Təbrikdə deyilir: “Zati-aliləri, möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz Azərbaycan naminə xidmət etdiyiniz uzun illər ərzində böyük idarəçilik təcrübəsi və siyasi təcrübə qazanmısınız, öz həmvətənləriniz üçün doğma ölkənin firavanlığı naminə bütün gücünü sərf edən, Qafqaz regionunda millətlərarası və dinlərarası münasibətlərin inkişafına sanballı töhfə verən dövlət lideri nümunəsi olmusunuz. Azərbaycan Respublikasının rəhbərliyi ilə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası arasında yaranmış konstruktiv qarşılıqlı münasibətlərin şahidi olmaqdan fərəh duyuram. Ümidvaram ki, bu qarşılıqlı əlaqələr bundan sonra da möhkəmlənəcək, insanlar arasında sülhün və həmrəyliyin bərqərar olmasına kömək edəcək. Sizə möhkəm cansağlığı, Tanrının Sizə yardımçı olmasını və Prezident kimi ali xidmətinizdə yeni-yeni uğurlar arzu edirəm”.
Baxış sayı: 1 810
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

