FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan 2018-ci ildə daha böyük uğurlara imza atacaq
4-01-2018, 10:25 | SİYASƏT
Azərbaycan 2018-ci ildə daha böyük uğurlara imza atacaq

2017-ci ili həm dünya, həm də ölkəmiz üçün fəal və bir çox hadisələrlə yadda qalan bir il kimi səciyyələndirmək olar. Bu ilin yekunları ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib ki, 2017-ci il Azərbaycan üçün uğurlu illərdən biri olub, çox böyük layihələr gerçəkləşdirilib: "Elə təkcə bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı xüsusi əhəmiyyətə malik hadisədir. Bu layihəni gerçəkləşdirməklə Azərbaycan həm iqtisadi, həm də siyasi üstünlüklər əldə etdi, ölkəmiz Şərqlə Qərb arasında körpü rolunu daha da möhkəmləndirdi”.

Millət vəkili vurğulayıb ki, il ərzində Azərbaycan iqtisadiyyatı artıb, sosial yönümlü layihələr həyata keçirilib: “Eyni zamanda iqtisadiyyata böyük investisiyalar cəlb olunub, turizm sektoru əhəmiyyətli dərəcədə inkişaf edib, həmçinin regionlarda xeyli işlər görülüb, regionlarımız inkişaf edib”. Deputat əlavə edib ki, 2017-ci il xarici əlaqələr baxımından da uğurlu bir il olub: "Azərbaycan beynəlxalq aləmdə ikitərəfli və çoxtərəli əməkdaşlığı uğurla davam etdirib, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edib. Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq istiqamətində yeni mərhələdə danışıqların aparılması olduqca vacib məqamlardandır. Bununla yanaşı, Azərbaycan regionda qonşu ölkələrlə - Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-Gürcüstan formatında strateji tərəfdaşlıq istiqamətində çox uğurlu əməkdaşlıq edib". B.Əliyevin sözlərinə görə, 2017-ci ildə əldə edilən nəticələr onu göstərir ki, Azərbaycan 2018-ci ildə daha böyük uğurlara imza atacaq: “Bütün bunlar isə Prezident İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsidir”.

Milli Məclisin deputatı Aydın Hüseynov 2017-ci ilin uğurlu sosial-iqtisadi nəticələrlə yadda qaldığını diqqətə çatdırıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir:

“Qlobal böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycan özünün stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq, şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artımı hesabına milli gəlirin həcminin artımını təmin edib. 2017-ci ilin ötən 11 ayında ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Cari ilin yanvar-noyabr aylarında ölkədə 63 071,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb. Həmçinin bu dövrdə ölkədə 35,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3,5 faiz artıb”.

Deputat bildirib ki, ötən 11 ay ərzində ölkəmizə yatırılan sərmayələrin də artımı təmin edilib: “İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayələrin həcmi 13 milyard 688,4 milyon manat təşkil edib. Həmin vəsaitin 6051,7 milyon manatı və ya 44,2 faizi qeyri-neft sektoruna yönəldilib. Qeyri-neft bölmələrinə yönəlmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artıb. İxrac məhsullarının həm çeşidi, həm də coğrafiyasının şaxələndirilməsi öz mühüm təsirini göstərib. Ölkəmizin xarici ticarət dövriyyəsi artıb, əmtəə dövriyyəsində müsbət saldo yaranıb. 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon dollar həcmində olub. Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması və “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi genişlənib. Bu siyasətin mühüm uğuru olaraq ölkəmizin strateji valyuta ehtiyatları 1 milyard dollardan artıq çoxalıb. Bu, çox mühüm haldır və 2015-ci ildən sonra stratreji maliyyə rezervlərinin azalmasının tam dayandırılması və valyuta ehtiyatlarının artımının təmin olunmasıdır. Bu tendensiya ölkəmizin güclü maliyyə təhlükəsizlik yastığının olmasını göstərir və qlobal böhran şəraitində ən sabit və dayanıqlı maliyyə siyasəti yürütdüyünü təsdiqləyir”.

Millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, 2017-ci il ölkəmiz üçün səmərəli və yaddaqalan bir il olub: "İl ərzində manatın sabitliyinə nail olunub, Azərbaycanın valyuta ehtiyatları artıb, ixrac potensialı güclənib, regionların inkişafı ilə bağlı atılan addımlar artıq öz bəhrəsini verməyə başlayır. Bu gün regionlar həm aqrar, həm də sənaye potensialını artırmağa başlayıb. Bu, iş yerlərinin artmasına, büdcəyə daxilolmaların çoxalmasına səbəb olur”. Deputat vurğulayıb ki, 2017-ci ildə Azərbaycan regionun lider dövləti statusunu qoruyub saxlayıb: “Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması həm Azərbaycan, həm də region ölkələri üçün çox böyük iqtisadi potensial açır. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ənənəsi güclənir. IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanın dünyada nüfuzunun daha da artmasına səbəb olub".

A.Mirzəzadə qeyd edib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi daha da güclənir və Ermənistanın danışıqlar masasına oturdulmasını da nailiyyət adlandırmaq olar. O əlavə edib ki, 2017-ci ildə idarəetmə strukturunda islahatların aparılması idarəetmənin daha çevik və səmərəli olmasına imkan verdi: “Azərbaycan 2018-ci ilə müsbət nəticələrlə daxil olur”.

Milli Məclisin deputatı Cavid Osmanov da 2017-ci ilin ölkəmiz üçün səmərəli və uğurlu illərdən biri olduğunu hesab edir. O vurğulayıb ki, ötən il Azərbaycan həm xarici, həm də daxili siyasətdə mühüm nailiyyətlər əldə edib, ikitərəfli və çoxtərəfli formatda uğurlu əməkdaşlıq həyata keçirib, dünyada sülhün və sabitliyin təmin olunmasına böyük töhfələr verib: “Azərbaycanın 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, o cümlədən mədəniyyətlərarası dialoq, humanitar forumlar və digər mühüm beynəlxalq tədbirlər keçirməsi ölkəmizin həm beynəlxalq aləmdə nüfuzunu artırıb, həm də dünyada sülhün və sabitliyin bərqərar olmasına böyük töhfə verib”. C.Osmanov Azərbaycanın iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm layihələr və tədbirlər həyata keçirilib: “Ölkəmizdə ixrac yönümlü məhsulların istehsal edilməsinə dəstək göstərilib, sahibkarlar üçün əlverişli şərait yaradılıb, ölkədə infrastruktur daha da yaxşılaşdırılıb, Azərbaycana gələn turistlərin sayı artıb. İnanıram ki, 2018-ci ildə də Azərbaycanın uğurları davam edəcək”.




Baxış sayı: 1 474
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031