FACT-INFO.AZ » SİYASƏT » Fransız tarixçi İv Benar: Bütün yazılı mənbələr sübut edir ki, ermənilərə qarşı soyqırımı olmayıb
28-12-2017, 09:05 | SİYASƏT
Fransız tarixçi İv Benar: Bütün yazılı mənbələr sübut edir ki, ermənilərə qarşı soyqırımı olmayıb

Yeni kitabımda ermənilərin dəhşətli əməllərini ictimaiyyətə çatdırmaq və onların “erməni soyqırımı” adlandırdıqları hadisələrdə əslində daha çox türklərin qırğına məruz qaldıqlarını göstərməkdir. Bu fikri fransız tarixçi İv Benar “Türk-erməni fikir ayrılığı” adlı yeni kitabı ilə bağlı AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

Tarixçi bildirib ki, bu kitab onun beşillik elmi tədqiqatlarının bəhrəsidir, yalnız yazılı mənbələrə və canlı şahidlərin fikirlərinə əsaslanır. O, kitabı yazarkən Fransanın, eləcə də Türkiyənin kitabxana və arxivlərində tədqiqat apardığını, ermənilərin iddia etdikləri “soyqırımı” ilə bağlı həmin hadisələri yaşamış ailələrin üzvləri ilə Türkiyədə görüşdüyünü deyib. “Təəssüf ki, bu insanların əksəriyyəti dünyasını dəyişib. Amma az da olsa belə insanlarla görüşüb onları dinləmişəm. Həmin insanlar yaşadıqları dəhşətləri danışanda göz yaşlarına qərq olurlar. Onların söylədikləri insanın qəlbini ağrıdır”, - deyə o qeyd edib. İv Benar tədqiqatının qərəzli olmaması üçün hər iki tərəfi dinləməyə hazır olmasına baxmayaraq, ermənilərin onunla görüşdən imtina etdiklərini bildirib. Erməni yazılı mənbələrinə və kitablarına da müraciət etdiyini deyən alim oxuduqlarından, şahidlərin söylədiklərindən dəhşətə gəldiyini, onda getdikcə “erməni soyqırımı” deyə bir hadisənin olmadığına, bunun ermənilərin mifi olduğuna əminlik yarandığını vurğulayıb. İkinci Dünya müharibəsi dövründə Fransanın Oradur-sür-Qlan kəndinin bütün sakinlərinin nazilər tərəfindən yandırıldığını xatırladan fransız tarixçi ermənilərin törətdiyi dəhşətlərin daha qəddar olduğunu bildirib. “Müraciət etdiyim yazılı mənbələrdə qeyd olunub ki, ermənilər türkləri və azərbaycanlıları evlərinə, məscidlərə və anbarlara dolduraraq diri-diri yandırıblar. 1914-1918-ci illərdə cəmiyyətin yararlı kişilərinin müharibədə olduğu bir vaxtda Daşnaksütyun partiyasının üzvləri mülki şəxsləri - qadınları, uşaqları və qocaları kütləvi halda qətlə yetirib və kəndləri yandırıblar. Ermənilərin iddia etdikləri “soyqırımı” zamanı əslində daha çox türklərin qətlə yetirildiyini yazılı mənbələr təsdiqləyir. Ermənilərdən də ölənlər olub, ancaq iddia edildiyi sayda yox. Ermənilər əvvəllər 1 milyon 500 min erməninin qətlə yetirildiyini iddia edirdilər. Sonradan bu rəqəmi 2 milyona qaldırdılar. Halbuki cəmi 400 min erməni ölüb ki, onların əksəriyyəti öz əcəli ilə dünyasını dəyişib, digərləri türklər və fransızlar kimi həmin dövrdə bütün ölkələrin məruz qaldığı aclıq və soyuqdan həlak olublar. Bütün bunlar yazılı mənbələrdə də öz təsdiqini tapır. Ermənilərə qarşı heç bir planlaşdırılmış kütləvi qırğın olmayıb”, - deyə İ.Benar diqqətə çatdırıb.

Tarixçi-alim ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli hadisələrin şahidləri ilə də görüşüb onları dinlədiyini vurğulayıb. O deyib: “Həmin dövrün səfirlərinin yazılarını oxuyanda ermənilərin törətdiyi dəhşətlər barədə məlumat əldə edirik. Yeni kitabımı oxuyanlar bu mövzuda daha asanlıqla danışa biləcəklər, çünki bu kitab çoxsaylı sübutları əks etdirir”. Qeyd edək ki, tarixçi İv Benar 2009-cu ildə “Erməni soyqırımı, yoxsa bizi aldadıblar?” adlı birinci kitabının nəşri zamanı erməni lobbisinin təzyiqlərinə və təhqirlərinə məruz qalıb. O, kitabın çapı üçün 60-a qədər müxtəlif nəşriyyata müraciət etsə də, onlardan çoxu cavab verməyib və ya imtina edib. Buna baxmayaraq, alim sonuncu kitabını çap etdirməyə nail olub.




Baxış sayı: 1 720
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031