Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat məbləğində təsdiqlənib. Mərkəzləşdirilmiş gəlirlər 19 473 650,0 min manat, yerli gəlirlər 653 350,0 min manat, mərkəzləşdirilmiş xərclər 20 323 075,0 min manat, yerli xərclər 723 925,0 min manat müəyyənləşdirilib.
Qanuna əsasən, dövlət büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir: Ümumi dövlət xidmətləri 3.622.839.062,0, müdafiə 2.738.721.836,0, təhsil 2.001.978.015,0, səhiyyə 739.334.330,0, sosial müdafiə və sosial təminat 2.197.182.103,0, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 306.126.560,0, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 656.259.888,0, sənaye, tikinti və faydalı qazıntılar 4.844.376.000,0, nəqliyyat və rabitə 166.790.678,0 manat və sair.
Baxış sayı: 1 575
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

