FACT-INFO.AZ » SİYASƏT » “Ermənistanın və Azərbaycanın alternativ tarixi” filmi nümayiş olundu
30-05-2015, 09:40 | SİYASƏT
“Ermənistanın və Azərbaycanın alternativ tarixi” filmi nümayiş olundu

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri  politoloq  Fuad Axundov çıxış ediblər.

 Təqdimat mərasimində bildirilib ki, "Ermənistan və Azərbaycanın alternativ tarixi" adlı film silsilə şəkilində çəkiləcək. Filmlər silsiləsində unikal kadrlar, Rusiya və Ermənistan siyasətçilərinin, alimlərinin və xadimlərinin fikirləri toplanıb, habelə ilk dəfə olaraq Azərbaycan tarixinə dair Rusiya, Türkiyə və Gürcüstan arxivlərində saxlanılan nadir sənədlər geniş ictimaiyyətə təqdim ediləcək. Filmin elmi məsləhətçisi , "AZER-GLOBE" İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin direktoru, YUNESKO Kafedrası Şöbəsinin dosenti, tarixçi alim Rizvan Hüseynovdur.Filmin müəllifi Azərbaycan prezident aparatının xarici kütləvi informasiya vasitələri və QHT-lərlə iş sektorunun müdiri, politoloq Fuad Axundov jurnalistlərə açıqlamasında deyib ki, filmin təqdimatının may ayının 29-da və Tbilisidə keçirilməsi təsadüfi deyil: “Məhz 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti xaricdən edilən güclü təzyiq altında İrəvan şəhəri və digər əzəli Azərbaycan torpaqlarını indiki Ermənistana güzəştə getməyə məcbur olub. Lakin erməni xalqına bu məlumat və digər tarixi faktlar tamamilə saxtalaşdırılmış şəkildə təqdim olunur. Hətta əsl həqiqəti üzə çıxarmaq istəyən erməni alimlərinə Ermənistanda “vətən xaini” damğası vurulur. Bu səbəbdən “Ermənistan ictimaiyyətinə informasiya dəstəyi” layihəsini həyata keçirən Qafqaz Tarixi Mərkəzi ermənilərə və dünya ictimaiyyətinə əsl həqiqəti göstərmək məqsədilə “Ermənistanın və Azərbaycanın alternativ tarixi” adlı sənədli filmlər silsiləsini təqdim etməyi qərara alıb. Bu gün təqdim olunan ilk filmdə Rusiya ilə Ermənistan arasında strateji əməkdaşlığın qaranlıq məqamları, tarixi hadisələr, ermənilərin rus xalqı və mədəniyyətinə gerçək münasibəti əksini tapıb”.




Baxış sayı: 2 715
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031