Tarix İnstitutunun elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib. Y.Mahmudov bildirib ki, Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirilir. “Dövlətimizin başçısının bu institutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi kimi dəyərləndirməsinin bütün məsuliyyətini dərindən dərk edirik və biz tarixçi-alimlər Prezidentin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək üçün bütün qüvvələrimizi səfərbərliyə alacağıq”, - deyə Y.Mahmudov bildirib .
Deputat qeyd edib ki, məhz ölkə başçısının gündəlik qayğısı sayəsində son illərdə Tarix İnstitutunda 400-dək tədqiqat əsəri işıq üzü görüb. İlham Əliyev vaxtilə ictimai şüura “26 Bakı komissarları” adı ilə təqdim olunmuş və Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürməklə şüurlarda inqilab etdi.
Ulu öndər Heydər Əliyevin ideyalarına uyğun olaraq, İlham Əliyevin prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Bu ensiklopediya Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. “Ulu öndər Heydər Əliyev kimi, İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan, inkişaf etdirən Prezidentdir, tarix yaradan şəxsiyyətdir”, - deyə akademik vurğulayıb.
Baxış sayı: 1 718
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

