Bu fikri “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirak edən ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer deyib.
Prezident İlham Əliyevin İslam həmrəyliyinə böyük dəstək verdiyini, onun 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsinin mühüm önəm kəsb etdiyini söyləyən Mark Şnayer vurğulayıb ki, Bakıda keçirilən konfrans müxtəlif xalqların və dinlərin bir-birinə daha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Ravvin Mark Şnayer bildirib ki, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın rolu danılmazdır. Azərbaycanın gördüyü bu işlər digər ölkələr üçün nümunədir. Prezident İlham Əliyev İslam ölkələri və digər ölkələr arasında dialoq və anlaşmanın qurulması istiqamətində mühüm rol oyanır. Dövlət başçısı ilə görüşümüzdə bu istiqamətdə işlərin davam etdirilməsi məsələlərini də müzakirə etdik. (azertac.az)
Baxış sayı: 1 520
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

