“Ermənistan həm suçlu, həm güçlü. Bu ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Xocalı faciəsi ortadadır. Biz münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik”.
Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, Ermənistan qonşuları ilə necə davranmalı olduğunu bilməlidir: “Ermənistana şərt irəli sürdük ki, işğal edilmiş torpaqları azad edəcək və bundan sonra münasibətlər normallaşacaq. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur”.
Astana prosesinin Suriyada atəşin dayandırılması baxımından böyük rol oynadığını bildirən türkiyəli nazir qeyd edib ki, bu faydalı prosesi davam etdirəcəyik: “Türkiyə Cenevrə prosesini də dəstəkləyir. Lakin son görüşdə nəticə əldə olunmadır. İndi siyasi həllə köklənməliyik. Davamlı həll yalnız siyasi yolla mümkündür. Bunun üçün terror təşkilatlarından başqa bütün tərəflər görüşməlidir. Soçi sammitində belə bir qərar alındı. Həmçinin, ölkə seçkilərə hazırlanmalıdır. Demokratik, şəffaf ədalətli seçki olmalıdır. Ölkənin bunun üçün Konstitusiyaya ehtiyacı var. Bu isə Suriya xalqı tərəfindən hazırlanmalı və müzakirə edilməlidir. Bizim məqsədimiz Suriyada xaosu bitirmək, ölkəyə təkrar sülh və sabitlik gətirməkdir”. (apa)
Baxış sayı: 1 846
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

