FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalının müxbirinin sualını cavablandırıb
19-12-2017, 10:40 | SİYASƏT
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalının müxbirinin sualını cavablandırıb

“Euronews” telekanalında Bakıda keçirilən “Bakutel-2017” sərgisi ilə bağlı reportaj yayımlanıb. Sərginin əhəmiyyətindən danışılan reportajda Prezident İlham Əliyev “Euronews”un müxbirinin sualını cavablandırıb. Fact-info.az AZƏRTAC-a istinadən reportajın xülasəsini təqdim edir.

Reportajda deyilir ki, Azərbaycan beynəlxalq “Bakutel-2017” telekommunikasiya və informasiya texnologiyaları sərgisi virtual və tamamlanmış reallığa həsr olunub. Əsas istiqamətlərdən biri məhsulların yeni tətbiq növlərini axtarmaq üçün bu texnologiyaların birləşdirilməsidir. Belə ki, tamamlanmış reallıq eynəyi həkimlərə plastik cərrahlara əməliyyat zamanı eyni vaxtda həm xəstənin üzünü, həm də arzulanan konturları görməyə imkan verir. Azərbaycan Tibb Universitetinin çənə-üz cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Fərzəliyev deyib:

-Bu layihənin əsas ideyası pasiyentin virtual və real anatomiyasını görməyə imkan yaratmasıdır. Əməliyyat zamanı eynək taxılır və həkimlər, sözün əsl mənasında, dərinin altındakıları müşahidə edə bilirlər. Onlar üzün sümüklərini, əzələləri, sinirləri və pasiyentin damarlarını görə biləcəklər. Reportajda qeyd edilir ki, ənənəvi virtual reallıq əsasən oyun sənayesində istifadə olunur. Lakin bu texnologiyalar digər sahələrdə daha çox tətbiq edilir. “Phobia VR”nin sözçüsü Aygün Həsənova bildirib: -Bir çox ölkələr artıq virtual gerçəklik platformalarından təbabətdə istifadə edirlər. Bizim şirkət xüsusi olaraq təbabət, peşəkar treninqlər, yanğınsöndürmə hissələrinin hazırlığı üçün nəzərdə tutulmuş platformalar hazırlayır. Reportajda qeyd edilir ki, sərgidə dünyanın 20 ölkəsindən 192 şirkət iştirak edib. Burada ənənəvi olaraq informasiya texnologiyaları sahəsində maraqlı start-up ideyalarla tanış olmaq mümkündür.

“Wand”ın layihə rəhbəri Elçin Ağazadə qeyd edib: -Wand sizin kağıza yazdıqlarınızın hamısını smartfonda avtomatik olaraq saxlayan elektron qurğudur. Otuz dəqiqə sonra mürəkkəb kağızdan yox olur, lakin bu müddətdə sizin məlumatlarınız artıq serverdə, yaxud proqram əlavədə tam saxlanılır. Reportajın müəllifi vurğulayır ki, 2016-cı ildə Dünya Bankının apardığı araşdırmalara görə, Azərbaycan əsasını yanacaq-energetika kompleksi təşkil edən iqtisadiyyatını şaxələndirir. Bunun üçün informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı zəruridir. Azərbaycan Prezidenti İlham Əliyev “Euronews”un müxbirinin sualını cavablandıraraq deyib:

-İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim əsas vəzifələrimizdən biridir. Bizim iqtisadiyyatımızın şaxələndirilməsi strategiyası çərçivəsində bu, zəruridir. Reportajda diqqətə çatdırılır ki, Beynəlxalq Elektrorabitə İttifaqının məlumatına görə, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından 176 ölkə arasında 65-ci yeri tutur. Bakı bu sektorun inkişaf strategiyasını işləyib hazırlayıb.




Baxış sayı: 1 615
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031