29-5-2025 15:40
FACT-INFO.AZ » SİYASƏT » Prezident: “Bakıda keçirilmiş mötəbər beynəlxalq yarışlar bütün dünyanın diqqətini cəlb edir”
18-12-2017, 23:10 | SİYASƏT
Prezident: “Bakıda keçirilmiş mötəbər beynəlxalq yarışlar bütün dünyanın diqqətini cəlb edir”

"Əziz dostlar, 2017-ci il başa çatır. Bu il Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindirib. Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər, medallar qazanırlar. Bu il də medalların sayı kifayət qədər çoxdur. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanmışlar ki, onlardan 347-si qızıl medaldır. Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib. "Bu il bir çox idman qələbələrimiz olubdur. Onların arasında bir neçə hadisəni bu gün qeyd etmək istərdim. Bizim şahmatçılarımız üçüncü dəfə Avropa çempionu olublar. Bu, böyük qələbədir, böyük nəticədir. Bu nəticə onu göstərir ki, bizim idmançılarımız həm döyüş, həm komanda, həm intellektual idman növlərində ən yüksək pilləyə qalxırlar. Şahmat üzrə Avropa çempionatında birinci olmaq doğrudan da böyük nailiyyətdir, böyük qələbədir. Bu il bizim iki idmançımız - Məmmədrəsul Məcidov və Hacı Əliyev boks və sərbəst güləş üzrə üçqat dünya çempionu olublar. Bu da tarixi qələbədir. Olimpiya idman növündə üçqat dünya çempionu olmaq böyük uğurdur, böyük qələbədir.

Azərbaycan idman məktəbinin yetirməsi – azərbaycanlı idmançı Ramil Quliyev bu il ilk dəfə olaraq yüngül atletika üzrə dünya çempionu olub. Bu da tarixi qələbədir. Komanda idman növlərində də idmançılarımız çox yaxşı nəticələr göstəriblər. Bakıda keçirilmiş voleybol üzrə qadınlar arasında Avropa çempionatında voleybolçu qızlarımız dördüncü yerə layiq görülüblər. Onlar hətta medal qazanmağa da çox yaxın idilər. Yarımfinal görüşündə qələbəyə çox yaxın idilər. Ancaq hesab edirəm ki, Avropada voleybol kimi çox məşhur idman növündə dördüncü olmaq da böyük nailiyyətdir. Əlbəttə ki, bizim futbolçularımız - hamımız üçün doğma olan “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində iştirak edib. Bu, Azərbaycan futbolunun böyük qələbəsidir və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil edib. Mən xatırlayıram, biz Olimpiya Stadionunu inşa edərkən bəzi fikirlər səslənirdi ki, bu qədər böyük arena bəlkə də bizə lazım deyil, Tofiq Bəhramov adına 30 minlik stadionumuz, digər stadionlarımız var və bu arena heç vaxt dolmayacaq. Ancaq bu gün həyat göstərir ki, “Qarabağ” futbol klubunun oyunlarına 60 mindən çox tamaşaçı gəlmişdi. Bu gün Bakı Olimpiya Stadionu dünya miqyasında seçilən Olimpiya stadionlarından biridir. Təsadüfi deyil ki, UEFA Avropa Liqasının final görüşü də bir neçə ildən sonra bu stadionda keçiriləcək. Eyni zamanda, futbol üzə Avropa çempionatının bir neçə oyunu da bu stadionda keçiriləcək", - deyə Prezident İlham Əliyev bildirib.

İlham Əliyev bu il Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilməsindən də danışıb: "Bu da tarixi nəticədir. Çünki bu günə qədər heç vaxt Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik etməmişdir. Bu da son illər ərzində Azərbaycanda gimnastika idman növünün, ümumiyyətlə, idmanın inkişafının təzahürüdür. Ölkəmizdə keçirilmiş bir çox beynəlxalq yarışlar artıq Azərbaycanı bütün dünya idman ictimaiyyətinə çox dinamik inkişaf edən, müasir, güclü dövlət kimi təqdim etdi və bunun nəticəsidir ki, bizim nümayəndələrimiz indi Avropanın idman ailəsində də yüksək vəzifələr tuturlar.

Əlbəttə ki, bu il ən böyük qələbəmiz Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri olmuşdur. Bu Oyunlar, sözün əsl mənasında, böyük idman, dostluq, qardaşlıq bayramı idi. Azərbaycan bütün müsəlman ölkələrinin aparıcı idmançılarını qəbul etdi, əminəm ki, onlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıtmışlar. Burada keçirilən Oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dünya miqyasında böyük idman dövlətidir. 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə Azərbaycan komandası layiq görüldü. Bu Oyunlarda üç mindən çox idmançı, minlərlə mütəxəssis, qonaq iştirak edib və Azərbaycan həqiqətləri ilə tanış oldular.

Mən sadəcə olaraq bir neçə önəmli idman hadisəsini diqqətinizə çatdırdım. Ancaq qələbələrin sayı çox olubdur. Qeyd etdiyim kimi, 851 medal qazanmışıq və sevindirici hal ondan ibarətdir ki, həm döyüş, həm komanda, həm də intellektual idman növlərində bizim idmançılarımız çempiondurlar, qalibdirlər".

Dövlət başçısı vurğulayıb ki, Bakıda keçirilmiş mötəbər beynəlxalq yarışlar bütün dünyanın diqqətini cəlb edir: "Onu da qeyd etməliyəm ki, bu il ikinci dəfə olaraq Bakıda “Formula-1” yarışı keçirilmişdir. Ümumi rəyə görə, - bu, artıq xarici mətbuatda da qeyd olunub, - 20 yarışın arasında bu yarışlar ilin ən yaxşı yarışı hesab olunub. Yəni, bu da bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur. Bir çox “Formula-1” yarışlarından fərqli olaraq bizim yarışımız şəhər yarışıdır və bu, eyni zamanda, bütün dünyaya - yarım milyardlıq tamaşaçı auditoriyasına Bakı şəhərinin gözəlliyini nümayiş etdirir. Təsadüfi deyil ki, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 24 faiz və 2017-ci ilin 11 ayında isə daha 20 faiz artmışdır. Əlbəttə, bunun səbəbləri təkcə “Formula-1” yarışı deyil, Azərbaycanda gedən inkişaf, sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, müasir infrastruktur, şəhərimizin gözəlliyi, müasir otellər, viza rejiminin sadələşdirilməsidir. Eyni zamanda, hesab edirəm ki, “Formula-1” ölkəmizin təbliğatı üçün nadir bir yarışdır. Yəni, beş yüz milyon tamaşaçı bu yarışı müntəzəm olaraq izləyir və bir daha demək istəyirəm ki, Bakının gözəlliyini, Azərbaycanın qüdrətini görür.

Beləliklə, təkcə sadaladığım bu hadisələr, bu qələbələr deməyə əsas verir ki, Azərbaycan, sözün əsl mənasında, güclü idman dövlətidir. Əminəm ki, idmançılarımız bundan sonra da bizi qələbələrlə sevindirəcəklər. Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir, dövlət siyasəti aparılır, idmanın maddi-texniki bazası möhkəmləndirilir. Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir. Bölgələrdə də Olimpiya İdman mərkəzlərinin tikintisi davam etdirilir. Bu il Abşeron və Ağcabədi rayonlarında iki gözəl Olimpiya İdman Mərkəzi yaradılmışdır. Gələn il dövlət büdcəsində bölgələrdə üç mərkəzin tikintisi nəzərdə tutulub. Onlardan biri istifadəyə veriləcək, ikisində isə tikinti gedəcək. Ondan sonrakı illərdə də biz bu siyasəti davam etdirəcəyik. Bu günə qədər bölgələrdə 43 Olimpiya İdman mərkəzi yaradılmışdır ki, bunlar gənclər, idmançılar, rayon sakinləri üçün çox gözəl imkanlar yaradır.

Əlbəttə, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Əminəm ki, idmançılarımız bizi beynəlxalq yarışlarda bundan sonra da sevindirəcəklər. Bütün bu uğurların səbəbləri aydındır. İdmana dövlət dəstəyi, idmançılarımıza qayğı göstərilir. İdmanla məşğul olan bütün qurumlar – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vurur. Yəni, bizim məqsədimiz Azərbaycanda idmanın inkişaf etdirilməsidir, Azərbaycanın dünyada güclü idman dövləti kimi tanıtdırılmasıdır və idmanın kütləviliyinin təmin olunmasıdır. Regional Olimpiya mərkəzlərinin tikintisinin səbəbi də məhz budur ki, idman kütləvi xarakter alsın.

Mən hər zaman idmançılarla görüşəndə qeyd edirəm ki, hər bir insan idmanla məşğul olmalıdır. Fiziki sağlamlıq hər bir insan üçün çox önəmlidir. Biz son illər ərzində bu istiqamətdə bir çox vəzifələri icra etdik. Bütün bölgələrdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilmişdir. Dövlət tərəfindən təşkil olunan dispanzerizasiya, müayinədənkeçmə işləri aparılır. Hər il beş milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Ekoloji vəziyyət yaxşılaşır, təmiz içməli su layihələrinin icrası geniş vüsət almışdır. Əlbəttə ki, fiziki hərəkət sağlamlıq üçün əsas amillərdən biridir. İdmanın kütləviliyi idman nəticələri əldə etmək üçün yox, sadəcə olaraq, ona görə vacibdir ki, hər bir insan özünü yaxşı hiss etsin".




Baxış sayı: 1 934
Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılışı ilə bağlı paylaşım edib Bu gün, 10:30 Qazaxıstanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib Bu gün, 10:00 Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə imzalayıb Bu gün, 09:00 Almaniya Ukrayna üçün uzaqmənzilli dronların istehsalını maliyyələşdirəcək Bu gün, 09:00 Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb Bu gün, 08:00 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq Dünən, 18:00 Əməkdar jurnalist Bahəddin Həzi oxuculara hesabat verdi Dünən, 11:30 Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib Dünən, 09:30 ABŞ dövlət katibi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 09:30 Şahbaz Şərif: Laçında əziz qardaşım İlham Əliyevlə görüşməkdən şərəf duydum 27-05-2025, 20:30 Laçında Azərbaycan və Pakistan liderlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub 27-05-2025, 20:00 President of Azerbaijan Ilham Aliyev held limited format meeting with Prime Minister of Pakistan in Lachin 27-05-2025, 19:00 Romadakı konfransa Bakının dəvəti: Orta gücə çevrilən Azərbaycan 27-05-2025, 18:00 Prezident İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub 27-05-2025, 12:00 Ombudsmandan tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlılarla bağlı BMT-yə çağırış 27-05-2025, 11:30 “Zamanın ilmələri” layihəsi təqdim edilib 27-05-2025, 10:00 Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib 27-05-2025, 09:30 NATO-nun Baş katibi üzv ölkələrdən müdafiə xərcləri barədə razılığa gəlməyi gözləyir 27-05-2025, 09:00 Böyük Qayıdış: Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb 27-05-2025, 08:30 Erməni əsirliyində olmuş azərbaycanlı: Bizi uşaqlara göstərib deyirdilər ki, bunlar türkdür, sizin düşmənlərinizdir 26-05-2025, 20:00 “Azərbaycan dilçiliyi XXI yüzillikdə: reallıqlar, perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib 26-05-2025, 19:30 Находившийся в армянском плену азербайджанец: Нас показывали детям и говорили - это турки, ваши враги 26-05-2025, 18:30 Fact that Armenian armed forces looted residential areas after occupying Azerbaijani lands confirmed in court 26-05-2025, 18:30 Doğurdanmı Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır? 26-05-2025, 12:32 Prezident: Qərbi Azərbaycanda soydaşlarımızın tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasəti aparılır 26-05-2025, 12:00 Güney Azərbaycanda ilk dəfə Təbriz Universitetində Türk Dili və Ədəbiyyatı Elmi Qurumunun pavilyonu quruldu 26-05-2025, 12:00 Türkiyə ilə danışıqların gündəmində Cənubi Qafqazın rolu əsas yer tutur 26-05-2025, 09:00 Ukrayna və Rusiya “1000-in 1000-ə” formatında əsir mübadiləsinin üçüncü mərhələsini həyata keçiriblər 26-05-2025, 08:30 “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Polad Bülbüloğlunun konserti olub 26-05-2025, 08:30
Köşə yazarları
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031