APA-nın xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Müdafiə sənayesi naziri deyib ki, Türkiyənin "Aselsan" şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparılır: "Alov" zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin başqa şirkətləri və digər ölkələrin müvafiq qurumları ilə bir sıra layihələr həyata keçirmək niyyətindəyik. Bu layihələrə əsasən 23 mm-lik snayper tüfəngini yaradıb, silahlanmaya daxil etməliyik. Snayper tüfənginin atış məsafəsi 3000 metr olacaq". Y. Camalov qeyd edib ki, düşmənin PUA-larını endirmək üçün cihazların hazırlanması istiqamətində işlər gedir: "Eyni zamanda, idarə olunmayan aviasiya bombalarının idarə olunan variantına gətirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək. Habelə kumilyativ başlıqlı pilotsuz uçuş aparatlarının ilkin sınaqlarına başlamışıq. Bu, düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını məhvetmə qabiliyyətinə malik olacaq. Digər tərəfdən, elektro-impulslu silahların yaradılması istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir və bu işlərin icrasına başlamışıq"
Baxış sayı: 1 821
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

