FACT-INFO.AZ » SİYASƏT » Dağlıq Qarabağ regional geosiyasət kontekstində
13-12-2017, 09:30 | SİYASƏT
Dağlıq Qarabağ regional geosiyasət kontekstində

Onlarda münaqişənin həlli kontekstində regional geosiyasətin bir sıra aspektlərinə nəzər salınır. O cümlədən ermənilərin regionun böyük dövlətləri olan Rusiya, İran və Türkiyənin geosiyasi əməkdaşlığının mümkün nəticələrindən narahatlığı ifadə edilir. Vəziyyətə bir qədər geniş miqyasda yanaşdıqda, rəsmi İrəvanın növbəti dəfə çaşqın duruma düşdüyü və məntiqsiz addımlar atdığı aydın görünür. Ermənistanın siyasi dairələri artıq anlayırlar ki, münaqişənin ədalətli həllindən başqa yol yoxdur. Məsələnin bu tərəfi üzərində bir qədər ətraflı dayanmağa ehtiyac görürük.

Ərdoğanın mesajı: İrəvanın qorxulu röyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla bağlı ifadə etdiyi fikirlər İrəvanda ciddi narahatlıq doğurub. R.T.Ərdoğan Ermənistanın apardığı yanlış xarici siyasətin onu bütün beynəlxalq və regional iqtisadi layihələrdən kənarda qoyduğunu vurğulayıb. Əgər İrəvan bu ruhda davam edərsə, gələcəkdə də belə olacaq. Sonda Türkiyə dövlət başçısı açıq bəyan edib: "Bizimlə dost olan qazanır, düşmən mövqe tutan isə itirir". Sübut kimi R.T.Ərdoğan Gürcüstanın regional iqtisadi və enerji layihələrindən əldə etdiyi maliyyə, iqtisadi və geosiyasi dividendləri xatırladıb.

Türkiyənin Prezidenti, təbii ki, ədalətli və obyektiv fikir ifadə edib. Onun dedikləri reallığı əks etdirir. Lakin Ermənistan siyasi dairələri nəyə görə bundan indi çox narahatdırlar? Məsələ burasındadır ki, Ermənistan KİV-i həm Rəcəb Tayyib Ərdoğanın fikirlərinə geniş yer ayırır, həm də ona cavab kimi analitika adı altında cızma-qaralar təqdim edir. Ermənilər üçün vəziyyət hansı səbəblərdən gərgindir? Məsələyə iki tərəfdən yanaşmaq olar. Əvvəla, Cənubi Qafqazda cərəyan edən geosiyasi xarakterli proseslərin ümumi xarakteri mövqeyindən baxmaq mümkündür. İkincisi, bu regiona yaxın olan bölgələrdə müşahidə edilən geosiyasi-hərbi proseslərin ümumi məntiqi prizmasından qiymətləndirmək olar. Bu səviyyələr bir-biri ilə əlaqəlidir və faktiki olaraq qarşılıqlı təsirdə olurlar.

Regional geosiyasi dinamikada son dövrlərdə seçilən əsas məqam kimi Rusiya, Türkiyə və İran arasında geosiyasi məsələlərdə müəyyən əməkdaşlıq formatı möhkəmlənməkdədir. Doğrudur, bu, hələlik başlıca olaraq Yaxın Şərqə aiddir. Lakin hər kəsə aydındır ki, bu üç böyük dövlət gec və ya tez Cənubi Qafqazda da geosiyasi əməkdaşlıq məsələlərini danışacaqlar. Onlar problemi kənar qüvvələrin müdaxiləsi olmadan həll etməkdə maraqlıdırlar. O halda Ermənistanın kürkünə niyə birə düşdüyü aydın olur.

Çünki hər üç dövlət birmənalı olaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tərəfdarıdırlar. İran və Türkiyənin mövqeyi tam başa düşüləndir. Rusiya da rasional düşünən dövlətdir və anlayır ki, qonşuluqda yerləşən dövlətin ərazi bütövlüyünü dəstəkləməsə, öz daxilində çoxlu sayda analoji problemlə qarşılaşa bilər. Beynəlxalq qanunlar da BMT-nin hər bir üzvünün ərazi bütövlüyünün təmin edilməsini birmənalı qəbul edir. Bu səbəbdən Rusiya heç bir halda riskə getməz.

Bunları Ermənistan da anlayır və narahat olur. Paralel olaraq, özünü Avropa ilə əməkdaşlıqda maraqlı olan dövlət kimi göstərməyə çalışır. Bu baxımdan Aİ ilə müqavilənin imzalanması müəyyən mənada Rusiyaya da mesajdır – "yəni, mən Avropaya tərəf gedə bilərəm"! Təbii ki, bunlar Kreml üçün ciddi bir şey deyil. Moskva İran və Türkiyə ilə əməkdaşlığı davam etdirəcək. Bunun fonunda Ermənistan Dağlıq Qarabağ məsələsində mövqeyinin getdikcə daha da zəiflədiyini hiss edir.

Cənubi Qafqaza yaxın olan Yaxın Şərqdə baş verən hadisələrin məntiqi də rəsmi İrəvanı sıxmaqdadır. Çünki aydın görünür ki, Qərbin bütün cəhdlərinə baxmayaraq, Türkiyə həmin məkanda öz marağını sona qədər müdafiə etməkdə qərarlıdır. Ankara terrorla mübarizəni getdikcə daha da gücləndirir və uğurlar əldə edir. Memhetcik artıq Suriya və İraqda sülhü qoruyur. Türk ordusu Münbic, Afrin, Kandil, Sincarda hərbi əməliyyatlar keçirməyə hazırlaşır. Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, yalnız ölkənin marağına uyğun hərəkət edəcək və bu zaman kimsədən icazə almaq niyyəti yoxdur. O cümlədən prinsipial məqamlarda Vaşinqton və Moskvadan da hansısa razılıq almaqdan söhbət gedə bilməz.

Ədalətdən qaçış: erməni uydurmalarının yeni səhifəsi

Bütün bunları müşahidə edən ermənilər bilirlər ki, eyni proses Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da gedəcək. Artıq Türkiyə Prezidenti məsələni birbaşa Vladimir Putinlə müzakirə edir. Ona görə də Ermənistan ortaya yeni-yeni təxribatlar atmağa cəhd edir. Onun bir neçə əlaməti artıq özünü göstərməkdədir.

Birincisi, xarici işlən nazirlərinin Vyanada nəzərdə tutulan görüşü ərəfəsi müəyyən provakativ fikirlər ortaya atırlar ki, heç bir razılıq olmasın. Bunun üçün ənənəvi olaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Yaxud Avropanın Azərbaycan və Türkiyəni sıxışdıracağından bəhs edirlər. Məlumdur ki, ATƏT-in Vyana tədbirində strateji xarakterli və təhlükəsizliklə bağlı məsələlər müzakirə ediləcək. Bu kontekstdə ermənilər vəziyyəti belə təqdim edirlər ki, guya orada Dağlıq Qarabağda status-kvonun saxlanması, sərhədlərdə monitorinqin güclənməsi və sabitliyin təmin edilməsi qərarı alına, yəni faktiki olaraq münaqişə dondurula bilər. Həm də bu ssenariyə guya Türkiyə və Azərbaycan da razıdırlar. Çünki başqa "əlacları qalmayıb" (bax: məs., Наира Айрумян. Армянской стороне не хватило риска / "Lragir.am", 4 dekabr 2017).

İkincisi, İran və Rusiya ilə bağlı Dağlıq Qarabağ kontekstində həqiqətdən uzaq olan informasiyaları dövriyyəyə buraxmağa çalışırlar. Məsələn, İranın faktiki olaraq "Arsaxı tanıdığı" haqqında cəfəng tezis irəli sürülür (bax: Акоп Бадалян. Иран фактически признал Арцах / "Lragir.am", 5 dekabr 2017). Arqument kimi İranın bir nəşrində Dağlıq Qarabağdakı separatçı, terrorçu, qondarma qurumun "rəsmi təmsilçisi" kimi özünü təqdim edən birisinin müsahibəsinin dərc olunması göstərilir.

Təbii ki, İran kimi müsəlman ölkəsinin və qonşumuzun KİV-ində Azərbaycanda terror törətmiş, separatçılıqla məşğul olan dairələrin nümayəndəsinin müsahibəsinin dərc olunması arzu olunan və qəbul edilən deyil. Ancaq bu, heç bir halda Tehranın Dağlıq Qarabağdakı qondarma və qanunsuz qurumu tanıması anlamına da gəlməz. Deməli, Ermənistan siyasi dairələri Azərbaycanla İran arasında problem yaratmağa çalışır. Əlbəttə, bu cür təxribatlara nə Bakı, nə də Tehran uyan deyil.

Rusiya ilə əlaqəli isə erməni ekspertlər uydurma tezislər ortaya atırlar. Onlar Rusiya-Azərbaycan əlaqələrinin getdikcə inkişaf etməsindən və Türkiyənin də Moskva ilə əməkdaşlığı genişləndirməsindən çox narahatdırlar. Rusiyanın bir sıra elektron KİV orqanında gedən verilişlərdə Ermənistanın əsl siması barədə qismən bəhs edilməsinə rəsmi İrəvanın çılğın münasibəti arxasında həmin məqamlar dayanmaqdadır.

Bütün bunların hamısı Ermənistan rəhbərlərinin məntiqsiz və çılğın hərəkətlərinin bir mühüm məsələdən qaynaqlandığını göstərir: erməni siyasi dairələri regionun böyük dövlətləri olan Türkiyə, İran və Rusiyanın geosiyasi aspektdə əməkdaşlığı getdikcə gücləndirməsindən bərk təlaşa düşüblər. Onlar müxtəlif ideoloji həmlələrlə həmin dövlətlərin bir-birinə etimadına kölgə salmağa cəhd edir, bu bağlılıqda da ənənəvi olaraq Azərbaycan faktorundan yararlanmağa çalışırlar. Görünür, Vyana görüşündə nazirlərin müzakirəsi də konkret bir nəticə verməyəcək. Əslində, qlobal güclər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ləng hərəkət edirlər. Əksər hallarda isə müəyyən dairələr erməni təcavüzkarlara havadarlıq edirlər.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti yuxarıda vurğulanan məqamlar işığında tam səmərəsiz görünür. Bu biabırçı vəziyyəti düzəltmək üçün Azərbaycan və Türkiyə Minsk qrupu ilə bağlı səmərələşdirici təkliflər verirlər. Ermənilərin narahat olduğu başqa bir məsələ də bununla bağlıdır. Onlar Türkiyənin heç zaman ATƏT-in Minsk qrupuna həmsədr ola bilməyəcəyi kimi məntiqsiz fikirlər söyləyirlər. Bütün bunlar bir daha göstərir ki, Ermənistan siyasi dairələri çıxılmaz vəziyyətdədirlər və buna görə də yalan və böhtan kampaniyalarını davam etdirirlər. Newtimes.az




Baxış sayı: 1 571
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30