FACT-INFO.AZ » SİYASƏT » Prezident “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb
5-12-2017, 08:35 | SİYASƏT
Prezident “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb

APA-nın məlumatına görə, fərmanda qeyd edilib ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin.

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “ASK” ASC) mülkiyyətinə (balansına) verilir.

3. “ASK” ASC-nin nizamnamə kapitalına aşağıdakılar yönəldilsin:

3.1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.13.2.7-ci yarımbəndində nəzərdə tutulmuş 5 (beş) milyon manat məbləğində vəsait; 3.2. bu Fərmanın 2-ci hissəsi ilə “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlak da daxil olmaqla, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin kreditorlarının həmin Banka qarşı tələblərinin dövlət öhdəlikləri ilə əvəz edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsini nəzərdə tutduğu 3854,3 milyon (üç milyard səkkiz yüz əlli dörd milyon üç yüz min) manat (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansına verilmiş problemli aktivlər də nəzərə alınmaqla) həddinədək problemli aktivlər.

4. Bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə “ASK” ASC-nin və “Aqrarkredit” QSC-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyası (bundan sonra – Komissiya) yaradılsın. 5. Komissiyaya tapşırılsın ki:

5.1. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsi ilə bağlı inventarizasiya və təhvil-təslim işlərini altı ay müddətində başa çatdırsın; 5.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının bazar qiymətinin müəyyənləşdirilməsi üçün həmin əmlakın qiymətləndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün; 5.3. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Müəyyən edilsin ki:

6.1. bu Fərmanın 2-ci hissəsində və 7.5-ci bəndində nəzərdə tutulan dövlət əmlakı, “ASK” ASC-nin mülkiyyətinə (balansına) bazar qiymətləri əsas götürülməklə verilir;

6.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının qiymətləndirilməsi üçün Komissiya müstəqil qiymətləndiricilər cəlb edə bilər;

6.3. “ASK” ASC-nin Nizamnaməsində nəzərdə tutulan nizamnamə kapitalı bu Fərmanın 2-ci hissəsinə əsasən onun mülkiyyətinə (balansına) verilmiş dövlət əmlakı və bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır.

Fərmanla bağlı Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, “Aqrarkredit” QSC və “ASK” ASC-yə müvafiq tapşırıqlar verilib.




Baxış sayı: 1 611
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031