Noyabrın 29-da İsveçin xarici işlər naziri Margot Vallström xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.
Nazir Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlər barədə danışaraq bu proqramın yaradılmasının təşəbbüskarlarından birinin də İsveç olduğunu söyləyib.
Fact-info.az məlumatına görə Azərtac-ın İsveçdəki xüsusi müxbirinin İsveçin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ probleminin həllində hansı addımlar ata biləcəyi ilə bağlı sualına cavabında nazir deyib: “Biz Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Başa düşürük ki, bu münaqişələrin həlli çətin prosesdir. Ona görə də hesab edirik ki, münaqişələr mərhələli şəkildə həll edilməlidir. Nazir İsveçin münaqişələrin həllində siyasi dialoqun tərəfdarı olduğunu bildirib.
Baxış sayı: 1 573
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

