“Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində hər cür şərait yaradılıb. Məcburi köçkünlərin problemlərinin həlli dövlətin əsas vəzifələrindən biridir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
Ölkə başçısı qeyd edib ki, ötən ilin aprelində Azərbaycan ordusunun qazandığı qələbə ərazi bütövlüyümüzü bərpa edəcəyimizə təminat verib:
"Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bunu təsdiq edən mühüm faktlardan biri ermənilərin Qarabağa köçürülmələrinin 150 illiyi ilə bağlı 1978-ci ildə abidə ucaltmalarıdır. Bununla bağlı tarixi həqiqətlər bütün dünyaya çatdırılıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekun Bəyannaməsində üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqləndi və dəstəkləndi”.
Baxış sayı: 1 715
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

