FACT-INFO.AZ » SİYASƏT » Sloveniyada Mehdi Hüseynzadənin abidəsi ucalıb
18-11-2017, 10:10 | SİYASƏT
Sloveniyada Mehdi Hüseynzadənin abidəsi ucalıb

Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyi, Sloveniya Müharibə Veteranları İttifaqı və Maribor şəhəri meriyasının birgə layihəsi əsasında baş tutan açılış mərasimində Sloveniyadakı diplomatik korpusun, hərbi attaşeliyin nümayəndələri, Sloveniya parlamentinin üzvləri, veteran təşkilatlarının təmsilçiləri, şəhər meriyasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında qeyd edilib ki, İkinci Dünya müharibəsində sloven xalqı böyük qurbanlar verməli olub. Nasist Almaniyası və faşist İtaliyası arasında bölüşdürülən Sloveniyada yerli əhali, həmçinin “Vermaxt” tərkibində müharibədə iştirak etmək üçün səfərbərliyə cəlb olunub. Bu da əhali arasında işğalçılara qarşı nifrət və müqavimətin daha da güclənməsinə səbəb olub ki, nəticədə bu torpaqlar partizan hərəkatının ən geniş vüsət aldığı və böyük uğur qazandığı əraziyə çevrilib. Sloveniyanın azad edilməsində misilsiz şücaətlər göstərmiş Mehdi Hüseynzadə (Mixaylo) öz adını sloven xalqının qəlbinə əbədi olaraq həkk edib. Mixaylo fenomeni və misilsiz qəhrəmanlığı yeni nəsillər üçün örnək olmaqla yanaşı, Azərbaycan və sloven xalqları arasında dostluq bağlarının möhkəmlənməsində xüsusi rola malikdir.

Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov çıxışında bildirib ki, Mehdi Hüseynzadənin abidəsinin açılışı iki mühüm məqsədə xidmət edir. Qeyd edilib ki, bu abidə İkinci Dünya müharibəsində canından keçmiş bütün döyüşçülərin əziz xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, hər iki xalqın ortaq milli qəhrəmanı olan Mehdi Hüseynzadənin abidəsinin Maribor şəhərində ucaldılması Azərbaycan və Sloveniya arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək. Səfir, həmçinin vurğulayıb ki, bu abidə kompleksi azadlıq uğrunda işğalçılara qarşı mübarizə aparmış qəhrəmanların irsinin gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyır.

Səfir azərbaycanlı iş adamı Artur Abdinova abidənin Maribor şəhərində ucaldılmasına göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, eyni zamanda, abidənin müəllifi heykəltəraş Seyfəddin Qurbanova hazırladığı əsərə görə və Maribor şəhər meriyasına bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkür edib. Sonra abidə kompleksinin açılışı olub. Maribor şəhərinin meri Saşa Pelko abidənin qarşısında quraşdırılmış rəqəmsal interaktiv lövhənin üzərindəki qırmızı lenti kəsib.

Tədbirdə Maribor şəhərindəki orta məktəblərdən birinin şagirdləri partizanlara həsr olunmuş mahnılar ifa ediblər. Tədbirin rəsmi açılışından sonra iştirakçılara ziyafət verilib. Həmin gün açılışda iştirak edən Azərbaycan nümayəndə heyəti Maribor şəhərində yerləşən hərbi muzeydə olub, müxtəlif müharibələr dövrünə aid eksponatlarla tanış olublar.

Qeyd edək ki, Mehdi Hüseynzadənin Maribordakı abidəsinin müəllifi görkəmli heykəltəraş, Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanovdur. Abidənin qarşısında quraşdırılmış rəqəmsal interaktiv tablo dünyada ictimai parklarda açılan ilk rəqəmsal abidələrdən sayılır. İnteraktiv tabloda İkinci Dünya müharibəsi ilə bağlı ümumi məlumatlarla yanaşı, Mehdi Hüseynzadənin həyat və döyüş yolunu əks etdirən bütün məlumatlar öz əksini tapıb. Lövhədəki məlumatlar mütəmadi olaraq yenilənəcək.(Azərtac)




Baxış sayı: 1 778
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031