FACT-INFO.AZ » SİYASƏT » BMT-də erməni saxtakarlığı ifşa olunub
14-11-2017, 10:00 | SİYASƏT
BMT-də erməni saxtakarlığı ifşa olunub

Xəbər verdiyimiz kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri BMT-nin Cenevrədəki ofisində keçirilmiş “Sülh həftəsi”nin müzakirələrində iştirak ediblər. BAMF-ın prezidenti Umud Mirzəyev, vitse-prezidenti Ramil Əzizov, BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina, həmçinin qurumun Cenevrədəki daimi nümayəndəsi Maykl Montafi Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ermənistan-Azərbaycan Sülh Platforması haqqında danışıblar.

BMT-nin Cenevrədəki qərargahında olduğu müddətdə BAMF prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi və perspektivləri ilə bağlı müxtəlif görüşlər keçirib. BAMF nümayəndələri Platforma haqqında müxtəlif auditoriyalarda məlumat veriblər.

BMT-nin “Sülh həftəsi” çərçivəsində təşkil olunan tədbirlərdən biri də “Erməni Reliyef Cəmiyyəti”nin “Suriyadakı dağıdıcı müharibənin qaçqınlara təsiri” mövzusunda təşkil etdiyi konfransı idi.

Suriyadan olan qaçqın qadınların problemləri arxasında gizlənərək təşkilatçılar ənənəvi olaraq Osmanlı İmperiyası dövründə ermənilərin öldürülməsi, zorakılıq və “soyqırımı” haqqında danışıblar. Moderatorlar təcavüzə qarşı çox həssas olduqlarını, bütün azlıqların hüquqlarını tanıdıqlarını, ədalətin bərqərar olunmasına tərəfdar olduqlarını deməklə, diqqəti yalan faktlara yönəltməyə çalışsalar da auditoriyanın marağını qazana bilməyiblər.

Moderator suriyalı qaçqınların müzakirəsinə başladıqdan sonra, BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina Ermənistanın çirkin niyyətlərini, erməni əsilli qaçqınların Suriyadan daha həssas bir qarşıdurma nöqtəsində, Dağlıq Qarabağda, beynəlxalq hüququn normalarına zidd olaraq yerləşdirildiyini xatırladıb. O, Suriya müharibəsi nəticəsində evsiz qalmış suriyalı erməni qaçqınların Ermənistanda deyil, niyə məhz Dağlıq Qarabağda yerləşdirilməsi barədə spikerə sual verib. Sözdə “erməni sülh cəmiyyəti”nin üzvləri “bizim bu faktlar barədə məlumatımız yoxdur. Bizim təşkilatımız Nyu-Yorkda yerləşir və Ermənistan hökumətinin yürütdüyü siyasətə qarışmır”, - deyə suala cavab verməkdən yayınıblar. Onların əsaslanmamış fikirləri zalda istehza ilə qarşılanıb.

Bu təşkilatın saytına daxil olsaq, “Erməni Reliyef Cəmiyyəti”nin Azərbaycanı aqressor və işğalçı adlandırdığı faktına rast gələrik. Halbuki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edib və nəticədə, 1,2 milyon məcburi köçkün yurd-yuvasından didərgin düşüb. 1988-ci ildən bəri Ermənistandan 270 min azərbaycanlı köçürülüb. Bu təşkilatın nümayəndələri erməni diasporunu Dağlıq Qarabağ separatçılarına maddi yardım göstərməyə çağırırlar. Bu təşkilat əsasən ekstremizm və separatizmi dəstəkləyir. Maraqlısı odur ki, Cenevrə “Sülh həftəsi” zamanı onlara bu görüşü keçirməyə niyə icazə verilib? Bütün bunlar erməni lobbisi sayəsində baş verib. Ermənilər suriyalı qaçqınlara dəstək olduqlarını bəyan edib pul istəyir və özlərini “sülh tərəfdarları” adlandırırlar.

“Erməni Reliyef Cəmiyyəti”nin Avropada, Livanda, ABŞ-da, Ermənistanda, Suriyada və Kanadada təmsilçiləri var. Onların fəaliyyəti sülhün qurulmasına deyil, əksinə millətlərarası gərginliyin yaranmasına və ziddiyyətlərin alovlanmasına səbəb olur. Qeyd edək ki, bu qurumun baş ofisinin əlaqələndiricilərindən biri də “Artsaxda uşaq bağçası” təşkilatının rəhbəridir. Ancaq, onlar Dağlıq Qarabağda ermənilərin yerləşdirilməsindən xəbərsiz olduqlarını bildirdilər. Bu necə ola bilər?

“Erməni Reliyef Cəmiyyəti”nin fəaliyyəti, ABŞ-ın Boston və Nyu-York şəhərlərində yerləşən ofislərindən, eləcə də Ermənistanda və Dağlıq Qarabağda xüsusi proqramlar üzrə məsul əməkdaşlar tərəfindən idarə olunur. Qeyd etmək lazımdır ki, Lalə Dəmirçiyan Ataryan Erməni İnqilabi Federasiyanın keçmiş sədri Ara Dəmirçiyanın qızıdır. Bu partiya erməni diasporunun təsiri altında fəaliyyət göstərən milliyyətçi “Daşnaksütyun partiyası” kimi tanınır. Partiya ХХ əsrdə Azərbaycanda yaşayan insanların kütləvi qətllərini həyata keçirib. Təşkilat humanitar yardım adı altında Gürcüstanın Cavaxetya, Axalkalaki rayonlarında erməni uşaqları arasında millətçi fikirləri yaymaqla məşğuldur.

Beləliklə paradoksal bir vəziyyət yaranır: Azərbaycanda fəaliyyət göstərən bir təşkilat - Beynəlxalq Avrasiya Mətbuat Fondu münaqişənin tezliklə həlli üçün Ermənistan-Azərbaycan Sülh Platformasını dəstəklədiyi halda, erməni təşkilatı öz maraqlarını təbliğ etməyə və erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında suriyalı erməni qaçqınların yerləşdirilməsi kimi mühüm faktı ört-basdır etməyə çalışırdılar.(Azərtac)




Baxış sayı: 1 568
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031