Onun sözlərinə görə, Türkiyə və Azərbaycan gücü ümumi tarix və mədəniyyətə əsaslanan ölkələrdir ki, bu da iki ölkə arasında möhkəm əlaqələrin təminatıdır: "Bu kontekstdə mühüm aspekt Azərbaycan və Türkiyə silahlı qüvvələrinin əməkdaşlığıdır".
H.Akar qeyd edib ki, hazırda Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında tədris, hərbi təlimlər və müdafiə sənayesi sahələrində əməkdaşlıq həyata keçirilir: “Azərbaycan və Türkiyənin silahlı qüvvələri bir-biri ilə biliklərini, hərbi gücün artırılması təcrübələrini bölüşürlər və bu əməkdaşlıq bundan sonra da davam edəcək”.
Baş Qərargah rəisi əlavə edib ki, Azərbaycan Ordusunun 7 mindən çox hərbçisi Türkiyənin hərbi təhsil müəssisələrində tədris keçiblər: "Hazırda həmin müəssisələrdə 245 azərbaycanlı hərbçi təhsilini davam etdirir".
Ordu generalının sözlərinə görə, “TURAZ Kartalı”, “TURAZ Şahini” və Quru Qoşunlarının birgə hərbi təlimləri hər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın səviyyəsinin bariz nümunəsidir: “Türkiyə müdafiə sənayesi sahəsində böyük uğurlar qazanıb və Azərbaycanın müdafiə sənayesinin inkişaf səylərini diqqətlə izləyir. Texnologiyaların ötürülməsi və müdafiə sənayesi nümunələrinin birgə istehsalı bu sahədə iki ölkə arasında əməkdaşlığn daha yüksək səviyyəyə çatdıra bilər”.
Baxış sayı: 1 858
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

