Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, Tehranda keçirilmiş Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tezliklə dönüş gözləyirik:
“Ümidvarıq ki, bu görüşün nəticəsi olaraq danışıqlar prosesində ciddi dəyişikliklər baş verəcək. Eyni zamanda, Rusiya və İran prezidentləri problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə töhfələrini verəcəklər”.
Qeyd edək ki, noyabrın 1-də Tehranda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib. Xatırladaq ki, prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin ilk üçtərəfli görüşü isə 2016-cı il avqustun 8-də Azərbaycanda keçirilib.
Baxış sayı: 1 493
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

