FACT-INFO.AZ » SİYASƏT » “Lö Mond Diplomatik” saytı Metsamor təhlükəsindən yazıb
5-11-2017, 15:50 | SİYASƏT
“Lö Mond Diplomatik” saytı Metsamor təhlükəsindən yazıb

Fransanın “Lö Mond Diplomatik” saytında dərc edilmiş “Metsamor - gələcək Çernobıl. Bələdçi ilə gəzinti” adlı məqalədə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) çox təhlükəli vəziyyətdə olduğu qeyd edilir.

Metsamorda olan fransalı fotojurnalist dünyada ən təhlükəli stansiya kimi tanınan Metsamorda hətta bu gün sızıntı proseslərinin olduğunu bildirir. 2015-ci ildə istismar müddəti 2026-cı ilə qədər uzadılan Metsamorla bağlı Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun ekspertlərinin rəylərinə əsasən məlumat verilir ki, mövcud stansiyanın 500 metrliyində böyük təhlükə yaradan seysmik aktivlik mövcuddur.

Məqalədə stansiyanın reaktorlarının istismar müddətini çoxdan baş vurduğu bildirilir və zəlzələyə qarşı aparılan möhkəmləndirmə işlərinin gülünc vəziyyətdə olduğu şəkillərdən aydın görünür. Hətta möhkəmləndirmə işlərinə baxmayaraq, bəzi deşiklər və rezin yamaqlar jurnalistlərin gözündən yayınmayıb. Yazıda bildirilir ki, Radioaktiv Tullantıların İdarə Edilməsi üzrə Fransa Milli Agentliyinin erməni mənşəli direktoru Jerald Uzunyan Metsamora baş çəkib və Ermənistan Nüvə Tədqiqatları İnstitutunun direktoru Vahram Petrosyana narahatlığın lüzumsuz olduğunu bildirərək, buxar sirkulyasiyası ilə bağlı təmirlərin qorxulu olmadığını və gündəlik təmir işlərinin bir hissəsi olduğunu deyib. Sanki təhlükədən yox, adi bir işdən danışıb.

Əlbəttə, Uzunyanın təhlükənin miqyasında çox öz qatı lobbi məqsədlərini ortaya qoyması aydın görünür.

Stansiyanın dispetçer mərkəzindəki aparatların köhnə olduğu və heç bir tələbə cavab vermədiyi jurnalistlər tərəfindən qeyd edilir. Metsamorun Sovet İttifaqı dövründə çox seysmik məkanda tikildiyini yazan jurnalistlərə deyiblər ki, 1988-ci il zəlzələsi zamanı stansiyada hətta bir dənə də olsun pəncərə şüşəsi sınmayıb. “Halbuki həmin zəlzələ nəticəsində stansiyanın 70 kilometrliyində yerləşən Spitak şəhəri tamamilə dağılıb və 25 min insan həlak olub”, - deyə yazan jurnalistlərin kinayəsi aydın hiss olunur.

Stansiya işçiləri üçün yaxınlıqda tikilmiş qəsəbədə də vəziyyətin yaxşı olmadığı bildirilir. Qəsəbənin meri şəhər üçün büdcənin çox məhdud olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, uzun illərdir gecəyarısı işçilər qaranlıqda evlərinə qayıdırlar. Bu məsələnin dəfələrlə qaldırılmasına baxmayaraq, problem hələ də həll olunmayıb, çünki ölkədə böyük maliyyə problemi var. Belə bir təhlükəli stansiya ilə bağlı maliyyə çətinliyinin nəticəsinin necə ağır olacağı hamıya bəllidir. Fransalı jurnalistlər, həmçinin qəsəbədə yaşayan sakinlərlə görüşüblər. Məlum olub ki, ailələrdə əlil uşaqlar çoxdur və bütün bunlar stansiyada təhlükəsizlik qaydalarına riayət olunmamasının nəticəsidir.

Erməni qadın Tsovinar Harutunyan ərinin stansiyada işlədiyini və orada baş verən gündəlik qəzaların təhlükəli olduğunu bildirib. O, övladının buna görə əlil olduğunu vurğulayıb. Qəza baş verərsə stansiya işçilərinə xidmət göstərən yeganə poliklinikada vəziyyətin acınacaqlı olduğu göstərilir. Tibb işçiləri binanın tavanının damdığını, divarların kif bağladığını deyiblər. Adının açıqlanmasını istəməyən tibb bacısı bu poliklinikada daxili xəstəliklərlə qeydiyyata düşənlərin digər tibb müəssisələrindən daha çox olduğunu vurğulayıb.

Hətta qəza hallarında əhaliyə paylanacaq təcili dərman preparatlarının stansiyanın daxilində saxlanıldığı bildirilib. Yazıda qeyd olunur ki, qəza baş verdiyi halda onlardan necə istifadə etmək olar? Ancaq daha bir sual yaranır: Stansiyada dərman preparatları həqiqətən varmı? Burada yaşayan əhali işsizlikdən də şikayətlənib. Məqalədə 2015-ci ildə elektrik enerjisi tarifinin qaldırılmasının əhali arasında böyük narazılığa səbəb olmasından söz açılır.

Jurnalistlər Metsamor stansiyasındakı təhlükəli vəziyyəti şəkillərlə vizual göstərirlər.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı, xüsusilə də Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Metsamor təhlükəsini dəfələrlə qaldırmalarına, hətta onunla bağlı AŞPA-da məruzə hazırlamalarına baxmayaraq, hələ də bu təhlükə insan hüquqlarına böyük önəm verdiklərini deyən avropalı siyasətçilərin etinasız yanaşmasının qurbanı olaraq qalır. Maraqlı sual doğur, görəsən Avropada insan hüquqları ilə doğrudanmı maraqlanırlar? Əgər maraqlanırlarsa, minlərlə insanın həyatına təhlükə olan Metsamor AES niyə onların diqqətini cəlb etmir?

Bu sualların yeganə cavabı yenə də Avropanın ikili standartlarla fəaliyyət göstərməsi, insan hüquqları terminindən yalnız siyasi məqsədlər üçün lazım olanda istifadə edilməsidir. Ancaq yeni potensial Çernobıl faciəsi olan Metsamor AES-in təkcə region üçün deyil, elə Avropa üçün də böyük problemlər yaratması istisna deyil.




Baxış sayı: 1 533
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031