"Dağlıq Qarabağ məsələsi Azərbaycanın olduğu kimi, bizim də qanayan yaramızdır. Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayana qədər əfsuslar olsun ki, bu məsələ həll oluna bilməyəcək". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan APA, "Trend" və "Azərtac"a müsahibəsində deyib. Türkiyə lideri bildirib ki, Azərbaycanın ərazisi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında işğala dərhal son qoyulmalıdır. "Ermənistanın işğalçı siyasəti ilə yanaşı, son dövrlərdə mülki əhalini hədəf seçən təxribatlarını da lənətləyirik. Belə hərəkətlər regionda sülhün təmin olunmasına heç bir halda kömək edə bilməz. Minsk qrupu başda olmaqla, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha fəal işləməli olduğu qənaətindəyik. Biz hər məsələdə olduğu kimi, bu məsələdə, Azərbaycanın bu haqq işində onun yanında olmağa davam edəcəyik", - deyə Ərdoğan vurğulayıb.
Baxış sayı: 1 405
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

