APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov İspaniyada Kataloniya böhranı ilə bağlı deyib. N. Məmmədov bildirib ki, ötən əsrin 90-cı illərin əvvəlində dünyanın 10 ölkəsində narahatlıq doğuran münaqişələr olub, indi isə 50 ölkədə belə hal var: "Bu münaqişələr kiçik dövlətlərin fəaliyyətinin nəticəsində yaranmayıb. Bunlar xüsusən qərb dövlətlərinin apardığı siyasətin nəticəsində ortaya çıxıb. Bu gün artıq bumeranq kimi Avropanın özünə qayıdır. Avropanın özündə separatizmə mənbə olacaq məqamlar kifayət qədər çoxdur, bunu heç təsəvvür etmək belə istəmirsən. Onlar əvvəldən separatizmə bağlı ədalətli mövqe tutmadıqları, separatizmi açıq və örtülü formada dəstəklədikləri üçün bu gün belə problemlərlə üzləşirlər. Hazırda separatizmlə üzləşən ölkələrə vaxtında deyirdik ki, separatizmə qarşı mövqe bildirin. İndi həmin ölkələr bizdən separatizmə qarşı mövqe bildirməyimizi istəyirlər". Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan İspaniyada separatizmin əleyhinədir: "İtaliyada isə iki vilayət iqtisadi müstəqillik istəyir, bu, ilk addım ola bilər. Böyük Britaniyada İrlandiya, Şotlandiya kimi problemlər var. Geosiyasi maraqlara tabe olmaqdansa, ədalətli prinsiplər ortaya qoysaydılar, bu gün belə hallar da olmazdı. Ona görə də Avropada və dünyada prosesləri dəqiq proqnozlaşdırmaq çətin olur. Təəssüflər olsun ki, indi belə vəziyyət yaranıb"
Baxış sayı: 1 541
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

