Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə xüsusi qonaq kimi dəvət olunması Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir.
Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, hər belə platforma həm Azərbaycanın malik olduğu potensialı nümayiş etdirmək, həm də dövlətimizin üzləşdiyi problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından əhəmiyyətlidir: “Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu dəfə də Ermənistanın Azərbaycana təcavüzü və onun ağır nəticələrini görüş iştirakçılarının diqqətinə çatdırdı”.
E.Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyevin bu səfəri bir daha onu göstərdi ki, Azərbaycan artıq üzv olmadığı çox mühüm təşkilatlara cəlb edilir və ölkəmizin beynəlxalq aləmdə nüfuzu kifayət qədər böyükdür.
Qeyd edək ki, bu gün İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib. (Trend)
Baxış sayı: 1 443
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

