FACT-INFO.AZ » SİYASƏT » Millət vəkili: “Təəssüf ki, Türkiyədə müəyyən siyasi dairələr ermənilərin əlində alətə çevrilib”
16-10-2017, 09:05 | SİYASƏT
Millət vəkili: “Təəssüf ki, Türkiyədə müəyyən siyasi dairələr ermənilərin əlində alətə çevrilib”

“Bir qrup Türkiyə vətəndaşının Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi və bunun həmin ölkə mediasında geniş şəkildə işıqlandırılması Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinə və perspektivlərinə böyük kölgə salır”.

Bunu APA-ya açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov deyib.

E. Nəsirov qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter kəsb edir və hər iki dövlət arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib: “Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi əslində biz bir millət, iki dövlətik. Lakin hesab edirəm ki, son zamanlar baş verən hadisələr ikitərəfli münasibətlərin bu yüksək səviyyəsinə müəyyən mənada kölgə salır. Təbii ki, bu da haqlı olaraq Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanır. Türkiyə vətəndaşlarının Ermənistandan keçməklə qondarma rejimin mövcud olduğu əraziyə daxil olması, orada çoxsaylı görüşlər keçirməsi və bu görüşlər çərçivəsində həm Azərbaycan, həm də Türkiyə əleyhinə fikirlər səsləndirmələri, həmçinin onlara Türkiyəyə qayıtdıqdan sonra müxtəlif kanallarda səfər nəticələri, keçirdikləri görüşlərlə bağlı geniş şərhlərə, mətbuatda onların müsahibələrinin ətraflı dərc olunmasına, ermənilər haqda müsbət fikirlər səsləndirmələrinə şərait yaradılması bu gün Azərbaycan cəmiyyətində, ictimaiyyətində haqlı olaraq çox böyük narazılığa səbəb olub”. Millət vəkili həmçinin xatırladıb ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən həmin şəxslərin Azərbaycan dövlət sərhədini qanunsuz keçmələri ilə bağlı cinayət işi açılıb və bu barədə Türkiyənin müvafiq qurumları məlumatlandırılıb: “Biz gözləyirik ki, Türkiyənin müvafiq qurumları bu istiqamətdə ciddi hüquqi addımlar atacaq. Lakin nəinki bu addımlar atılır, əksinə həmin şəxslərin Türkiyə mətbuatında öz səfərlərini işıqlandırmaları üçün çox münbit şərait yaradılır. Hələ bu azmış kimi, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli iki qətnamənin lehinə səs verənlər arasında Türkiyəni Avropa Şurası Parlament Assambleyasında təmsil edən üç deputat da var. Onların bu ədalətsiz qətnaməyə səs verməsi bizi olduqca məyus etdi. Biz heç bir halda qardaş Türkiyə dövlətindən və onun deputatlarından belə bir anti Azərbaycan yanaşması gözləmirdik. Axı həmin addımları Azərbaycan əleyhinə istiqamətləndirən erməni lobbisidir və onların əlində alətə çevrilmiş müəyyən siyasi dairələrdir. Təəssüflər olsun ki, bizim bəzi Türkiyəli qardaşlarımız da Azərbaycana düşmən kəsilən həmin qüvvələrin cəbhəsində yer alıb. Axı Azərbaycan dövləti, dövlətimizin başçısı hər zaman Türkiyənin ən çətin günlərində onun yanında olub. Bəs onlar nə tez unutdular ki, Avropa ŞurasıParlament Assambleyasında Ermənistan prezidenti Türkiyənin prezidenti, Türkiyə dövləti və xalqı əleyhinə bəyanatlar səsləndirərkən o zaman Azərbaycan prezidenti onun sözünü kəsərək demişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu tədbirdə iştirak etmir, lakin mən burdayam. Beləcə prezidentimiz İlham Əliyev Ermənistan prezidentini yerində oturdaraq Türkiyə dövlətini və türk xalqını müdafiə etmişdi”.

Millət vəkili Azərbaycan dövlətinin hər zaman türk xalqının yanında olduğunu vurğulayıb: “Keçən il 15 iyul hadisələri zamanı, Türkiyə dövlətçiliyi üçün çox böyük bir təhlükənin yarandığı bir vaxtda Azərbaycan prezidenti, Azərbaycan xalqı və Azərbaycan dövləti Türkiyənin qanuni hakimiyyətinin, türk xalqının yanında oldu, həmin dövlət çevrilişinə qarşı öz etiraz səsini ucaltdı və Türkiyə hökumətinə dəstək verdi. Yəni bütün bunları unutmaq olarmı? Təəssüf ki, Türkiyədə müəyyən siyasi dairələr də ermənilərin əlində alətə çevrilib və bu bizi çox narahat edir. Bu hal Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinin nə bu gününə, nə də gələcək mənafeyinə xidmət göstərmir və münasibətlərimizin perspektivlərinə böyük kölgə salır”.

E. Nəsirov ümidvar olduğunu bildirib ki, Türkiyə dövləti Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasına gətirib çıxaracaq bu təhlükəli tendensiyaların qarşısını almaq üçün lazımi adekvat addımlar atacaq: “Biz buna ümid edirik və inanırıq ki, Türkiyə hökuməti imkan verməyəcək ki, iki qardaş, dost xalq arasında münasibətlərə xələl gəlsin və düşmənlərimiz bundan sevinsinlər. İnanırıq ki, bu baş verməyəcək”.




Baxış sayı: 1 550
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30