FACT-INFO.AZ » SİYASƏT » Qənirə Paşayeva: Ölkələrin ərazi bütövlüyü məsələsində ikili standartlar çox ağır nəticələrə gətirib çıxara bilər
13-10-2017, 10:25 | SİYASƏT
Qənirə Paşayeva: Ölkələrin ərazi bütövlüyü məsələsində ikili standartlar çox ağır nəticələrə gətirib çıxara bilər

Kataloniyada keçirilən müstəqillik haqqında referendumunun nəticəsində yaranmış böhranın İspaniyanın ərazi bütövlüyü, konstitusiyası, beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyirik. Bu fikri AŞPA-da İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumla bağlı müzakirələrdə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva səsləndirib.

Milli Məclisin deputatı Avropa ölkələrinə çağırış edib, ölkələrin ərazi bütövlüyünün müdafiə edilməsinin ən mühüm məsələ olduğunu bildirərək deyib: “AŞPA-ya üzv dövlətlərin ərazi bütövlüyünün prinsipial və qeyd-şərtsiz dəstəklədiyimizi və ortaya çıxan belə məsələlərin yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyini açıq şəkildə ifadə etməliyik. Separatçı hərəkatların güclənməsi Avropanın və dünyanın gələcəyi üçün çox ciddi təhdiddir. Təəssüf ki, assambleyanın ilk günü Ermənistan heyətinin bəzi üzvləri çıxışlarında Kataloniyada baş verənlərdən öz məqsədləri üçün istifadə etməyə, bu hadisələri örnək göstərərək Ermənistanın Qarabağdakı işğalçılıq siyasətinə haqq qazandırmağa çalışdılar. Bu, çox təhlükəli və narahatverici bir haldır. Biz burada bu cür cəhdlərə, belə təhlükəli addımlara imkan verməməliyik.

Qarabağ probleminin Kataloniyada yaşananlarla heç bir bənzərliyi yoxdur. AŞPA-nın qəbul etdiyi 1416 saylı qərarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi açıq şəkildə vurğulanıb”.

Q.Paşayeva bildirib ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarını qızışdırıb, onları silahlandırıb. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib. Ölkələrin ərazi bütövlüyü məsələsində ikili standartlara yol verilməməlidir. Separatçı fəaliyyətlərin çox ağır nəticələrə gətirib çıxardığını unutmamalıyıq.

Kataloniyada keçirilən referenduma qarşı çıxan insanların yürüşündən söz açan Milli Məclisin deputatı bildirib ki, bu məsələ İspaniyanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Q.Paşayeva deyib: “İspaniyadakı vəziyyətlə bağlı AŞPA-nın daha fəal rol oynaması məsələnin ədalətli şəkildə həllinə öz töhfəsini verə bilər. Kataloniyada keçirilən referendum səbəbindən İspaniyada gərginlik və qarşıdurma riskinin artması böyük faciəyə gətirib çıxara bilər. Bu gərginliyi azaltmaq və mümkün faciələrin qarşını almaq üçün buradan ciddi mesajların verilməsi və məsələnin həlli istiqamətində qəti addımların atılmasına ehtiyac var. Dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Əks təqdirdə, yaxın gələcəkdə Avropa və dünya üçün çox ciddi problemlərin şahidi olacağıq”.(Azərtac)




Baxış sayı: 1 461
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031