FACT-INFO.AZ » SİYASƏT » Erməniləri İŞİD-ə bənzədən yazar hədələndi
3-10-2015, 09:05 | SİYASƏT
Erməniləri İŞİD-ə bənzədən yazar hədələndi

İsrailin Birləşmiş Ştatlarda populyar olan “The Times of Israel” qəzetində amerikalı ravvin İzrail Barukun “Nifrəti və tolerantlığın yoxluğunu necə dəf etməli...Mən sionist əclaf deyiləm” sərlövhəli məqaləsi dərc olunub. Müəllif məqalədə erməni oxucularının ittihamlarına cavab verir və erməni hərbçilərinin Azərbaycandakı cinayətlərinin təfsilatını açıqlayır.
İ.Baruk yazır ki, əvvəlki məqaləsində o, özünü “İrak Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın (İŞİD) silahlıları tərəfindən Suriyanın mədəni irsinin amansızcasına məhv edilməsinin, habelə ermənilərin Azərbaycana qarşı törətdikləri “mədəni” və etnik təmizləmənin təfərrüatını təqdim edib. Onun yazdıqları beynəlxalq hüquq müdafiə təşkilatlarının və dünya birliyini təmsil edən təşkilatların, o cümlədən BMT-nin faktlarına əsaslanıb. Məqalə təkcə antisemit şərhlərlə müşayiət olunan şiddətli təhqir atəşinə tutulmayıb, həm də təhdidlərlə qarşılanıb. Ravvin yazır: “Sionist əclaf” sözlərinə rast gəldiyimə görə bu şərhlərin ardını oxumadım”.
Müəllif daha sonra yazır ki, o, bu şərhlərdə təkcə xüsusi maraqları olan, qərəzkar mövqedən çıxış edən və ermənilərin vəhşiliklərindən xəbərsiz olan müəyyən qrupların mütəşəkkil səylərini deyil, həm də qatı antisemitizmin olduğunu gördüm. Bu da öz növbəsində harmoniya, tolerantlıq və ümidin alqışlandığı və aşılandığı Azərbaycan və İsrail kimi ölkələrə yəhudi icmasının dəstəyinin əhəmiyyətini nümayiş etdirən əlavə faktları ortaya qoymağa sövq edir”.
Sonra müəllif 1990-cı illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni işğalçıları tərəfindən qanunsuz işğal olunmasından, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünya birliyi tərəfindən pislənməsinə baxmayaraq, bu işğalın bu günədək davam etməsindən yazır. İ.Baruk erməni işğalçılarının Azərbaycanın dinc sakinlərinə qarşı vəhşiliklərindən də söz açır.
Baruk İzrail
Ravvin Azərbaycanda, xüsusən də, yəhudilərə münasibətdə qədim tolerantlıq ənənələrindən danışır. Bu, Ermənistan kimi ölkələrdə antisemitizmin hökmranlıq etdiyi indiki vaxtda daha aydın görünür. Müəllif vurğulayır ki, Antidiffamasiya Liqasının 2014-cü il üçün məruzəsində Ermənistan ikinci ən qatı antisemit ölkə kimi göstərilib.
Sonda İ.Baruk Ermənistan rəhbərliyini Azərbaycan xalqına qarşı cinayətləri etiraf etməyə çağıraraq yazır: “Azərbaycan tərəqqinin və sülhün bərpasını dayandırmağa çalışan qüvvələrə qarşı mübarizəsində dəstəklənməyə layiqdir”. (anspress)




Baxış sayı: 2 096
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031