FACT-INFO.AZ » SİYASƏT » Ərdoğan Qərbi terror təşkilatlarına dəstək verməkdə günahlandırıb
9-10-2017, 10:50 | SİYASƏT
Ərdoğan Qərbi terror təşkilatlarına dəstək verməkdə günahlandırıb

“Suriya və İraqda baş verənlərə müdaxilə etməsək, daha böyük fəlakətlərlə üzləşərik” “Balkanlar və Qafqaz ürəyimizin bir parçasıdır. Türkiyə dərin qohumluq və dostluq əlaqələrimizin olduğu bu ölkələrdən kənarda düşünülə bilməz”. Azadinform-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Afyonda partiya fəallarının toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Qərbi İŞİD, PKK, FETÖ kimi terror təşkilatlarına dəstək verməkdə günahlandıran Türkiyə prezidenti bildirib ki, Türkiyə qonşuları Suriya və İraqda baş verənlərə də laqeyd yanaşa bilməz: “Türkiyənin sərhədlərində təhlükə, təhdid var. Hələbi Qaziantepdən fərqləndirmək olarmı? Yox. Hələb bombalanarkən oradakı qardaşlarımız hara getdi? İdlibə getdilər. İdlibdə sülhü, atəşkəsi təmin etməliyik”.

Suriyada İdlib əməliyyatında Türkiyə ordusunun müxalif Azad Suriya Ordusuna dəstək verdiyini bildirən R. T. Ərdoğan deyib ki, PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin Türkiyənin sərhədləri boyu terror dövləti yaratmasına imkan verilməyəcək: “Biz yeni bir Kobani olayı yaşamaq istəmirik. İdlibdə buna imkan verməyəcəyik. Yaxud İraqda nə baş verir? Məsələn, 400 min türkmənin yaşadığı bir şəhər olmuş Telafərdə hazırda 8-10 min türkmən var. 100 minə qədər telafərli də hazırda Türkiyədədir. Bu qardaşlarımızın haqqını qorumamalıyıqmı? Bəziləri deyirlər ki, İraq və Suriyada nə işiniz var, Türkiyənin daxili problemləri ilə məşğul olun. Suriya və İraqdan qaçanlar hara üz tutur? Türkiyəyə! Biz Suriya və İraqda baş verənlərə müdaxilə etməsək, sabah daha böyük fəlakətlərlə üzləşərik. Biz Türkiyənin Suriya və İraqdan qaynaqlanan təhdidlərlə küncə sıxışdırılmasına yol verməyəcəyik. Biz təhdidləri mənbəyində aradan qaldıracağıq. “Fərat qalxanı” bunun ilk addımı oldu, bu gün İdlib əməliyyatı ilə davam edir. Bizə dost olmayanlara da sözümüz odur ki, bir gecə xəbərsiz gələ bilərik”.




Baxış sayı: 1 469
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031