Ermənistan prezidenti Serj Sarqsyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Endryu Şoferi (ABŞ) və Stefan Viskontini (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşiki qəbul edib.
Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti xəbər yayıb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə prosesin irəliləyişi imkanları və Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məsələləri müzakirə edilib. Həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub.
Görüş iştirakçıları tərəflərin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəldilmiş öhdəliklərə sadiqliyinin zəruriliyini vurğulayıblar. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 7 -də Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarqsyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir. (report)
Baxış sayı: 1 614
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted

