FACT-INFO.AZ » SİYASƏT » "Qəzalı evlərdə yaşayanlanrın mənzil məsələlərinin həlli diqqət mərkəzindədir" - Mehriban Əliyeva
5-10-2017, 22:50 | SİYASƏT
"Qəzalı evlərdə yaşayanlanrın mənzil məsələlərinin həlli diqqət mərkəzindədir" - Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlər barədə Birinci vitse-prezidentə məlumat verib.

Bildirilib ki, bu binalar “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib. Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunub. Binaların həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.

Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.

Mehriban Əliyeva bildirib ki, 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağır problemi, xalqımızın ən böyük ağrısıdır. Münaqişə nəticəsində soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev istər ikitərəfli görüşlərdə, istərsə də beynəlxalq təşkilatlarda etdiyi çıxışlarda bu münaqişə barədə məlumat verir. Bu məsələyə dünyada olan ikili standartlar barədə danışan Birinci vitse-prezident qeyd edib ki, insan hüquqları təşkilatları 1 milyondan çox qaçqın və məcburi köçkünün haqlarının pozulması ilə bağlı məsələnin həllində səylər göstərmir. Mehriban xanım Əliyeva dövlətimizin bu illər ərzində qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər gördüyünü, onların yeni mənzillərə köçürüldüyünü, iş yerləri ilə təmin olunduqlarını qeyd edib. Vurğulayıb ki, indiki mərhələdə uyğunlaşdırılmış binalarda, ilk növbədə isə qəzalı vəziyyətdə olan evlərdə yaşayan bu cür insanların mənzil məsələlərinin həlli diqqət mərkəzindədir və gələcəkdə də bu istiqamətdə addımlar atılacaq.

“Azərbaycan qüdrətli və müstəqil dövlətdir. İnkişaf təkcə Bakıda deyil, ölkəmizin hər yerində təmin olunub”, - deyən Birinci vitse-prezident son illərdə ölkəmizdə turizmin inkişafı ilə bağlı görülən işlərdən, regionlarda həyata keçirilən sosial layihələrdən, idman sahəsində əldə edilən uğurlardan, birinci Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsindən də danışdı. Bildirdi ki, Prezident İlham Əliyev üçün Azərbaycanın və xalqımızın maraqları hər şeydən üstündür.

Mehriban Əliyeva Azərbaycanın bu gün inkişaf və tərəqqi yolu ilə getdiyini vurğulayıb. Laçın rayonundan olan məcburi köçkünlər Ağa Əhmədov və Kəmalə Quliyeva, Ağdam rayonundan olan məcburi köçkün Aysel Bəşirova onlara göstərilən dövlət qayğısını qeyd ediblər. Birinci vitse-prezident Mehriban Əliyevaya bu cür layihələrin həyata keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər. Sonra Azərbaycanın Birinci vitse-prezidenti binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, burada ikisi 80, biri isə 50 mənzilli olmaqla 3 bina inşa edilib. Bu cür layihələrin icrası bir daha sübut edir ki, dövlətimiz məcburi köçkünlərin mənzillərlə təmin olunmasına, onların sosial məsələlərinin həllinə daim böyük diqqətlə yanaşır. Belə binaların inşası həm də bu qəbildən olan vətəndaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində icra edilən layihələrin davamlı olduğunu nümayiş etdirir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonundan olan məcburi köçkün İnnaf Nəcəfovanın mənzilində olub.

İnnaf Nəcəfova onlar üçün yaradılan şəraitə görə, prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Mehriban Əliyeva bu kateqoriyadan olan insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da tədbirlərin davam etdiriləcəyini deyib, dövlətimizin başçısının müdrik siyasəti ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə ümidvar olduğunu vurğulayıb.




Baxış sayı: 1 771
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031