FACT-INFO.AZ » SİYASƏT » “The Washington Times”: Azərbaycan - dini tolerantlıq diyarı
4-10-2017, 09:45 | SİYASƏT
“The Washington Times”: Azərbaycan - dini tolerantlıq diyarı

Məqalədə Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Atanın, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin və Bəhai dini icmasından Ramazan Əsgərlinin fikirləri yer alıb.

Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Ata deyib ki, Azərbaycanda müxtəlif xalqların, fərqli etnik qrupların nümayəndələri tarix boyu birgə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycan xalqı digər millətlərin nümayəndələrinə sevgi, mehribanlıq aşılayır. Azərbaycanda tarix boyu heç vaxt xristianlar, yəhudilər və müsəlmanlar arasında münaqişə olmayıb. “Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm və tolerantlıq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda fikir azadlığı, din azadlığı mövcuddur”, - deyə Konstantin Ata əlavə edib.

Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev deyib: “Mən hər zaman yəhudilərə deyirəm ki, əgər sizin yaşamağa yeriniz yoxdursa, o zaman Azərbaycana gəlin. Biz Azərbaycanda iki min ildir ki, yaşayırıq və bundan sonra da yaşayacağıq. Biz Azərbaycanda müxtəlif dini və etnik qrupların nümayəndələri ilə sülh şəraitində yaşayırıq. Azərbaycan hökuməti bizim dilimizi və dinimizi qorumaq üçün hər cür şərait yaradıb. Biz Azərbaycan Konstitusiyasında qeyd edilmiş bütün hüquqlardan və üstünlüklərdən faydalanırıq. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın hər bir vətəndaşının prezidenti olduğunu vurğulayır. Biz bu bəyanatın real həyatda şahidiyik”.

Bəhai dini icmasından Ramazan Əsgərli qeyd edib ki, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarix boyu öz mədəniyyətini inkişaf etdirib. “Azərbaycan xalqı digər mədəniyyətlərə və millətlərə münasibətdə tolerantlıq, mehribanlıq nümayiş etdirir. Azərbaycan hökuməti bu mədəniyyəti qorumaq üçün geniş şərait yaradıb və multikulturalizmi dövlət siyasəti kimi qəbul edib. Bəhai yazılarında azərbaycanlılar zəngin və qədim mədəniyyəti olan sülhsevər insanlar kimi təsvir edilirlər. Bəhai dini icmasından olanlar bu əlverişli şəraitdən yararlanır və cəmiyyətimizin inkişafına töhfələrini verirlər. Bizim inancımızı yerinə yetirməyə şərait yaratdığına görə Azərbaycan hökumətinə minnətdarıq”, - deyə R.Əsgərli əlavə edib.(Azərtac)




Baxış sayı: 1 781
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031