APA-nın məlumatına görə, C. Appaturay NATO adından ölkəmizin bu təşkilatla etibarlı tərəfdaşlıq həyata keçirməsinə görə minnətdarlığını ifadə edib.
C. Appaturay Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəyə görə də təşəkkürünü bildirib.
Prezident İlham Əliyev ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan təkcə NATO ilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda, Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi və investisiya sahələrində əlaqələr həyata keçirir.
Görüşdə Azərbaycan-NATO əməkdaşlığından məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı prezident İlham Əliyev Ermənistan tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu deyib və bu prosesin dayandırılması üçün əlindən gələni etdiyini bildirib
Baxış sayı: 1 638
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

