FACT-INFO.AZ » SİYASƏT » “Yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir”
25-09-2017, 09:30 | SİYASƏT
“Yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir”

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Salyan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib. Dövlət başçısı deyib ki, uzunluğu 30 kilometr olan bu yol bir neçə kəndi birləşdirir: “Beləliklə, bu, Salyan rayonunun yol infrastrukturuna növbəti töhfədir. Bu, ikinci kənd yolu layihəsidir. Əvvəlki dövrdə bir layihə icra edilib, indi üçüncü layihənin icrası ilə bağlı işlər gedir. Sabah həmin yolun tamamlanması ilə əlaqədar yeni sərəncam da imzalanacaq və beləliklə, əminəm ki, yaxın gələcəkdə Salyan rayonunda bütün kənd yolları abadlaşacaq. Mənə bu gün məlumat verildi ki, bir yol layihəsi də var və bu məsələ vətəndaşlar tərəfindən qaldırılıb – Salyan-Şirvan yolunun tikintisi məsələsidir.
Bu məsələyə də baxılacaq və əminəm ki, Dövlət İnvestisiya Proqramına bu yol da salınacaq və beləliklə, həm Şirvan şəhəri ilə əlaqə yaxşılaşacaq, həm də ki, yolun üstündə bir çox kəndlər, qəsəbələr var, bu, onlara da böyük bir hədiyyə olacaq”. Azərbaycan prezidenti bildirib ki, yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir: “Salyan sakinləri yaxşı bilirlər ki, Bakı-Salyan yolu əsaslı şəkildə tikilib, indi Bakı-Salyan-Astara yolunun tikintisi uğurla gedir. Bir sözlə, Salyan rayonunun digər bölgələrlə, xüsusilə Bakı şəhəri ilə yol əlaqəsi böyük dərəcədə yaxşılaşıb. Ölkəmizdə, ümumiyyətlə, bu sahəyə çox böyük diqqət göstərilir. Bu il, - bu layihəyə şərti ad vermişik, - “40 yol” layihəsi icra edilir. Əslində bu, yüzlərlə kəndi birləşdirir. Gələn il artıq yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır.
Hesab edirəm ki, gələn il bu işlər daha da böyük həcmdə görüləcək. Çünki yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir. Çünki yol olmayan yerdə kənd təsərrüfatı ilə məşğul olmaq da çətin olur. Fermerlər öz məhsullarını bazarlara çıxarmaqda çətinlik çəkirlər. Ona görə də yol layihələri bundan sonra da uğurla icra ediləcək. Biz demək olar ki, bütün magistral yol layihələrimizi artıq icra etmişik. Şəhərlərarası yol layihələrinin böyük hissəsi icra edilib. İndi kəndlərarası yolların tikintisi gündəlikdə duran vacib məsələlərdəndir”.




Baxış sayı: 1 732
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031