APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu ötən gün BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib. İsrailin müsəlman ölkələri ilə münasibətlərindən söz açan Binyamin Netanyahu, ölkəsinin Azərbaycanla əlaqələrini nümunə gətirib: “Biz, Azərbaycan və Qazaxıstandakı müsəlman dostlarımızla əməkdaşlığımızı genişləndirmişik”. Netanyahu, İsrailin Fələstin də daxil olmaqla, bütün ərəb qonşuları ilə sülhə nail olmaq istədiyini qeyd edib: “Biz İordaniya və Misirlə sülhə nail olduq. Dünən burada Misir prezidenti Abdel-Fəttah əl-Sisi ilə görüşdüm. Mən onun sülhün bərqərar olunmasına verdiyi dəstəyi alqışlayıram və sülhün daha da genişləndirilməsinə dair onunla, eləcə də regionun digər liderləri ilə sıx əməkdaşlıq edəcəyimizə ümid edirəm”.
Baxış sayı: 1 498
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

