FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: "Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır"
19-09-2017, 09:30 | SİYASƏT
Prezident İlham Əliyev: "Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer və bir sıra xristian yevangelik dini liderləri ilə görüşüb.

Bakıda dövlət başçısı ilə görüşlərini məmnunluqla xatırlayan ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer ölkəmiz haqqında həmişə zəngin təəssüratlarının olduğunu deyib. O qeyd edib ki, Prezident İlham Əliyev dinlərarası dialoq və əməkdaşlığa həmişə sadiq olub. Ravvin Mark Şnayer Amerikanın yəhudi icmasının rəhbəri kimi Azərbaycan Prezidentinin ölkəmizdə yəhudi icmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. O, eyni zamanda, ABŞ yəhudi icması adından Azərbaycan-İsrail əməkdaşlığının inkişafından məmnunluğunu ifadə etdi.

“İqls Vinqs” təşkilatı ilə əlaqələrə toxunan ravvin Mark Şnayer qeyd etdi ki, bu görüşdə təmsil olunan nümayəndə heyətinin üzvləri Amerika yevangelist icmasının nüfuzlu şəxsləridir. O dedi ki, ABŞ-da yevangelist icmasının 100 milyondan artıq nümayəndəsi yaşayır və onların Amerika yəhudiləri və digər icmalarla yaxşı əlaqələri var. ABŞ Etnik Anlaşma Fondunun sədri bildirdi ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dinlərarası dialoq və tolerantlıq sahələrində həyata keçirilən işlər başqa ölkələrə nümunə ola bilər.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycanda ravvin Mark Şnayerlə keçirdiyi görüşlərə toxunaraq, həmin görüşlər zamanı faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, bununla yanaşı, ölkəmiz haqqında daha geniş məlumatın yayılması vacibdir. Prezident İlham Əliyev bu baxımdan bu cür görüşlərin və keçirilən tədbirlərin önəmini vurğuladı. Azərbaycanda sabitliyin tam bərqərar olduğunu qeyd edən Prezident İlham Əliyev dedi ki, bunun əsas səbəblərindən biri də müxtəlif dini və etnik qrupların nümayəndələrinin ölkəmizdə sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasıdır.

Görüşdə çıxış edən Amerikanın “İqls Vinqs” yevangelist təşkilatının pastoru Ceyms Ruddi dedi: “Sıx iş qrafikinə baxmayaraq, bizimlə görüşə vaxt ayırdığınıza görə minnətdarlığımızı bildiririk. Bu görüş bizim üçün böyük əhəmiyyət daşıyır. Təşkilatımız təkcə ABŞ-da deyil, bütün dünyada böyük bir şəbəkəyə və nüfuza malikdir. Bizim 175 ölkədə nümayəndələrimiz var. Biz bu gün Sizinlə görüşməkdən dərin məmnunluq hissi keçiririk və ölkənizlə əməkdaşlığın genişlənməsində çox maraqlıyıq”. Pastor Ceyms Ruddinin söylədiyi sözlərdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, bu görüş əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verəcək. Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə toxunan Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, təhlükəsizlik, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini dedi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində də ABŞ ilə əməkdaşlığı çox yaxşı səviyyədədir və ölkəmiz Əfqanıstandakı sülhməramlı əməliyyatların nəqliyyat və logistika sahəsinə böyük töhfə verir.

Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycan dünyada multikulturalizm, dini azadlıq və dinlərarası əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyev bu baxımdan Azərbaycan haqqında həqiqətlərin dolğun şəkildə yayılmasının önəminə toxundu. Bu gün Azərbaycanın siyasi, iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar əldə etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, ötən il ölkəmizdə “Multikulturalizm İli” ilinin elan olunması dövlətimizin və xalqımızın mədəni, mənəvi və dini dəyərlərə sadiqliyinin təzahürüdür. Eyni zamanda, bu il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunması İslam ölkələri arasında əməkdaşlığa və ümumilikdə İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi işinə Azərbaycanın dəyərli töhfəsidir. Bundan başqa, Bakının iki il ərzində həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın xristian dünyası ilə İslam dünyası arasında əməkdaşlıq işinə verdiyi böyük dəstəkdir.

Söhbət zamanı Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat verdi, ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirdiyi işlərdən danışdı.




Baxış sayı: 1 560
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30