Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərə 15 min nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin digər xarakterik xüsusiyyətlər şəraitində keçiriləcək təlimlərdə qoşunlar müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirəcəklər. Təlimlərin müvafiq mərhələləri zamanı müxtəlif poliqonlarda yeni silah sistemlərinin də istifadəsi ilə döyüş atışlarının yerinə yetirilməsi nəzərdə tutulur. Genişmiqyaslı təlimlər sentyabrın 22-dək davam edəcək.
Baxış sayı: 1 666
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

