“Azərbaycan beynəlxalq arenada erməni təxribatlarının qarşısını almaqda davam edəcək”.
Fact-info.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev keçirdiyi mətbuat konfransında bildirib. S. Babayevin sözlərinə görə, sentyabrın 11-14-də Moskvada keçirilən "WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisində ermənilər Ermənistanın stendinin qarşısında tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın bayrağını yerləşdirməyə cəhd ediblər: “Biz dərhal bu təxribatın qarşısını ala bildik”.
Xatırladaq ki, sentyabrın 11-də “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin bayrağının yerləşdirilməsinə cəhd edilib. Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.
Baxış sayı: 1 616
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

