Bu fikirləri Ukrayna-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçiy Kiyevdə keçirilən Avropa Azərbaycanlıları Konqresinin toplantısında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın və Ukraynanın xarici ölkələrdəki diaspor təşkilatları birləşib birgə mübarizə aparmalıdırlar. M.Kuryaçiy deyib ki, Azərbaycan və Ukrayna arasında dostluq münasibətləri qədim tarixə söykənir. “Mən şadam ki, ölkələrimiz beynəlxalq arenada ən prinsipial məsələlərdə bir-birinə dəstək verir. Azərbaycan bölgədə böyük uğurlara imza atıb və müstəqil milli siyasət yürüdür”, -deyə ukraynalı deputat vurğulayıb. Xatırladaq ki, tədbirdə Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, diasporumuzun fəalları və bir sıra yerli rəsmi dövlət orqanlarının təmsilçiləri iştirak edirlər.(Azərtac)
Baxış sayı: 1 543
Leyla Aliyeva attends opening of individual exhibition and tree-planting campaign in Gabala
Dutch portal highlights Azerbaijan-Armenia peace process
Azerbaijan and Türkiye discuss military cooperation
U.S. Congress hosts international conference on right of return
Baku hosts official opening ceremony of OIC Parliamentary Union Conference

