Bunu Azərbaycanda səfərdə olan ATƏT PA sədri Kristina Muttonen deyib. O qeyd edib ki, PA sessiyalarında üzv ölkələrin nümayəndələri öz ölkələrinin problemlərini qaldırırlar, o cümlədən Azərbaycan nümayəndə heyətinin qaldırdığı bu məsələ də müzakirə olunacaq: “Parlament Assambleyası bir platformadır. Münaqişələr, problemlər, xüsusilə ATƏT məkanında olan münaqişələr bu platformada müzakirə olunur. ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi var və ATƏT bu nümayəndə vasitəsilə problemi diqqətdə saxlayır. Bu məsələ danışıqlardan, debatlardan keçir. Problemin həlli ölkələr arasında kommuikasiyanın, münasibətlərin normallaşmasına gətirib çıxarır ki, bu da müsbət haldır”. Kristina Muttonen cəbhə xəttinə səfər edib-etməyəcəyi barədə suala cavabında qeyd edib, bu dəfə cəbhə bölgəsinə səfəri gözlənilməsə də, növbəti səfərlərdə bu ola bilər. ATƏT PA sədri Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. (apa)
Baxış sayı: 1 600
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

