Polşa Respublikasında səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 7-də Varşavada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərasimdə Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, Polşa Silahlı Qüvvələrinin rəhbərliyi, Xarici İşlər Nazirliyinin təmsilçiləri, Polşa parlamentinin deputatları, Milli Yaddaş İnstitutunun, veteranlar təşkilatının, Varşava şəhər administrasiyasının və ictimaiyyətin nümayəndələri, eləcə də diasporumuzun üzvləri iştirak ediblər. Abidənin açılış mərasimində çıxış edən müdafiə naziri tarixən sıx olan Polşa-Azərbaycan münasibətlərindən danışaraq, bugünkü tədbirin rəmzi əhəmiyyət daşıdığını və iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib. Tədbirdə çıxış edənlər general-leytenant Süleyman bəy Sulkeviçin (Matsey Aleksandroviç Sulkeviç) 1919-cu ilin martından 1920-ci ilin fevralınadək Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Qərargah rəisi vəzifəsində xidmətdə olarkən milli hərbi hissələrin yaradılması və ölkənin müdafiə sisteminin qurulmasında mühüm xidmətlərindən ətraflı bəhs ediblər. Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti Vəli bəy Yadigarın 1920-ci ildə bolşevik işğalından sonra Polşaya mühacirət etməsi, Mazovetski süvari briqadasının qərargah rəisi vəzifəsində xidməti, Armiya Krayovanın tərkibində polkun komandiri kimi Varşava üsyanında iştirakı və digər maraqlı faktlar mərasim iştirakçılarının diqqətinə çatdırılıb.(Azərtac)
Baxış sayı: 2 209
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

