Bu fikri Azadinform-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib. O qeyd edib ki, bu əslində bizim irəli sürdüyümüz mərhələli həll planına uyğundur və bizi tam qane etməlidir: “Çünki söhbət ilk növbədə işğal edilmiş ərazilərin azad edilməsi, Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi, ümumi statusun verilməsi üçün danışıqların davam etdirilməsindən və digər məsələlərdən gedir. Hesab edirəm ki, bunu danışıqlarda əsas kimi götürmək olar, çox yaxşı təkliflərdir”. Politoloqun fikrincə, irəli sürülən təkliflər tək Hoqlandın yox, ABŞ Dövlət Departamentinin siyasətinin əksidir: “Əgər bunlar həqiqətən belə düşünürlərsə, digər həmsədrlərlə danışıb ümumi təkliflə çıxış etməlidirlər. Bu təkliflər həmsədrlər tərəfindən ümumi şəkildə irəli sürülməlidir”. F. Sadıqovun fikrincə, Ermənistan bu təklifləri qəbul edirsə, biz danışıqların davamına hazırıq: “Lakin bəyanatların praktik addımlara çevrilməsinin vaxtı gəlib. Aparıcı dövlətlər konkret praktik addımlar atmalıdır. Görünür, bəyanat və təkliflərlə Ermənistanı yola gətirmək mümkün deyil. Ona görə də Ermənistana təzyiq etmək, beynəlxalq hüquq normalarına uyğun münaqişənin həll edilməsi vacibdir”.
Baxış sayı: 1 628
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

