Bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüşdə müzakirə olunacaq bəzi məsələlər məlum olub. APA-nın məlumatına görə, Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 7-də Moskvaya yola düşəcək. Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq. Dini liderlər münaqişənin dini müstəviyə keçməməsi, o cümlədən münaqişə ilə əlaqədar baş verən gərginliklərin təkrarlanmaması, problemin həllinə dini liderlərin hansı töhfələri verə biləcəyinə dair məsələləri müzakirə edəcəklər. QMİ mətbuat xidmətindən də belə bir görüşün keçiriləcəyini təsdiqləyiblər. Qeyd edək ki, əvvəllər də dini liderlərin bu formatda görüşləri keçirilib.
Baxış sayı: 1 557
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

